150 milyon il əvvəl dünya həyatına hakim olan dinozavrlar haqqında nə bilirsiniz? Nəzəriyyəyə görə, yerə düşən meteorit nəticəsində tamamilə yox olan dinozavrlar haqqında ən maraqlı məlumatları təqdim edirik.

1. Dinozavrlar yer üzündə 150 milyon il yaşayıb. İnsanlığın varolma tarixi isə yalnız 2,5 milyon ildir.


2. Bir dinozavr adı olan "Velociraptor" "sürətli oğru" anlamına gəlir.


3. T-Rexin dişləri aslanın dişlərindən iki dəfə güclüdür.


4. Dinozavrlar Antarktida da daxil olmaqla, bütün dünyada yaşayıblar. Dəniz və okeanlarda da.


5. Bəzi dinozavrların quyruğunun uzunluğu 30 metrə çatırdı. Bu uzun quyruqlar qaçarkən tarazlıqlarını qorumaları üçün çox vacib idi.


6. Ən uzun adı olan dinozavr "Mikropaxisefalozaur" dır. Bu dinozavrın qalıqlarına əsasən Çində rast gəlinir.


7. Heç kim dinozavrların ömrünün nə qədər olduğunu dəqiq bilmir. Bəzi elm adamları 200 ilə qədər yaşadıqlarını qeyd edirlər.


8. Alimlər 1000-dən çox dinozavr növünün olduğunu söyləyirlər. Hələ də kəşf edilməmiş 1850 cins dinozavrın olduğu iddia edilir.

9. Bəzi dinozavrların soyuq qanlı, bəzilərinin isə isti qanlı heyvanlar olduğu bildirilir.


10. Dinozavr yumurtalarının ölçüsünün bir basketbol topu boyda olduğu və yumurta nə qədər böyük olsa, qabığının daha qalın olduğu qeyd edilir.


11. İlk dinozavrlar ətyeyən heyvanlar idi. Lakin sonradan otyeyən dinozavrlar meydana çıxdı.

12. Əksər dinozavrlar vaxtilə vegeterian idilər.


13. Kiçik və ətyeyən dinozavrlar ən ağıllı dinozavrlar kimi tanınır.


14. İlan və kərtənkələlərin dərilərini dəyişdirdikləri məlumdur. Dinozavrlarda da bu xüsusiyyət olub.

15. İki ayaq üzərində dayana bilən dinozavrlara Bipad deyilir.


16. Dinozavrlar, bugünkü heyvanlar kimi yuva qurublar və hətta balalarını da öz ağızları ilə yedizdiriblər.


17. Su yaxınlığında yaşayan dinozavrların fosilləri daha əvvəl tapılıb.


18. Bəzi alimlərin fikrincə, uçan dinozavrların nəsli kəsilməyib, sadəcə təkamülə uğrayaraq hazırkı quş növlərinə çevriliblər.


19. Ən böyük otyeyən dinozavr Argentinasaurus adlı dinozavrdır.


20. Ən qalın sümükləri olan dinozavr Pachycephalosaurus idi.