Dodaqlarınıza qulluq etməyi unutmamalısınız. Evdə hazırlaya biləcəyiniz tamamilə təbii üsullarla bunu həyata keçirmək olar.

Mütəmadi olaraq bir qaşıq şəkər, bir çay qaşığı soda və yarım çay qaşığı zeytun yağını qarışdırıb dodaqlarınıza sürtsəniz, bunun pilinqi əvəz etdiyini görərsiniz. Beləcə baxımlı dodaqlara sahib olacaqsınız.


Bir çay qaşığı kokos yağı və bir çay qaşığı dəniz duzunu qarışdırıb dodaqlarınıza çəkin. Yenə də pilinqi əvəz edəcək bu tətbiq ilə dodaqlarınızdakı fərqi dərhal anlayacaqsınız.


Həftədə bir dəfə müntəzəm olaraq tətbiq edəcəyiniz başqa bir üsul vardır. Bərabər miqdarda bal və dəniz duzunu qarışdırıb dodaqlarınıza çəkin. Bu prosesi həftədə bir dəfə təkrarlayın.


Qəhvəyi şəkər, kokos yağı və balı qarışdırın. Bu qarışığı dodaqlarınıza çəkin. Nəticə ürəyinizcə olacaq.


Bir çay qaşığı qəhvə və bir çay qaşığı zeytun yağını qarışdırıb dodaqlarınıza çəkin. 5 dəqiqə sonra dodaqlarınızı ilıq su ilə yuyun.