Doğum günü bir insanın özünü xüsusi etdiyi günlərdən biridir. İnsan öz doğum günündə nə qədər sevildiyini görmək istəyir. Belə gündə sevdiyinizi üzərində gözəl sözlər yazılmış ad günü tortuyla sevindirə bilərsiniz. Doğum günü tortuna yazıla biləcək sözləri təqdim edirik.

Qəlbimin bitməyən sevdası.


Gözəl dostum, xoşbəxt illər arzu edirəm.

Ad günün mübarək, ailəmizin başçısı.

Sevgilim, yanında olmasam da, ikimiz üçün bir arzu tut.

Bir mələk endi bu gün yer üzünə...


Qəlbinin gözəlliyi üzünə verib.sevgin kimi mükəmməl bir insan olduğun üçün sənə sonsuz təşəkkürlər.

Ömrümə ömür deyə qatdığım sevgilim! Ad günün mübarək.

Səni indiki yaşında əvvəlki yaşından daha çox sevəcəyəm.

Qəlbimin yeganə sahibi, yaxşı ki, varsan.

Səni çox sevirəm, can yoldaşım.


Əziz qardaşım, doğum günün mübarək.

Yenidən dünyaya gəlsəydim,yenə sənin sevgilin olmaq istəyərdim. Ad günün mübarək.

Keçirdiyimiz hər günün qiymətini səninlə çox yaxşı anlayıram. Həyatımın hər anında yanımda olmağını arzulayıram.

Ürəyindən keçənlərin hamısının həyata keçməyini arzu edirəm.


Xəyal idin, gerçək oldun. Yaxşı ki, doğuldun.

Əziz anam, bütün gözəlliklər səninlə olsun.

Əziz arvadım, bir ömür birlikdə olaq.

Bütün gözəlliklər səninlə olsun, sevimli ərim.


Sən mənim üçün çox özəl birisən. Doğum günün mübarək.

Əziz sevgilim, bu gün sənin doğum günündür, mənim doğum günüm isə səninlə tanış olduğumuz ilk gündür.

Balaca şahzadə, ad günün mübarək.

Can dostum, dərd ortağım, ad günün mübarək.


Bu tort qədər şirin bir il olsun. Ad günün mübarək.

Aldığım hər nəfəsdə, atdığım hər addımda səni düşünürəm. Doğum günün mübarək, sevgilim.

Bu qadın səni çox sevir. Ad günün mübarək.

Bütün zamanlarımın sahibi, doğum günün mübarək.


Canımın içi. Səni çox sevirəm. Ad günün mübarək.

Bol qazanclı illər diləyirəm. Doğum günün mübarək.

Ad günün mübarək, nəfəsim.

Doğum günün mübarək olsun, sevgilim. Şamları birlikdə üfürək.

Dünya gözəlim, ad günün mübarək.

Dünya dağılsa da, sənə olan sevgim azalmaz. Ad günün mübarək.

Məsafələr uzaq olsa da, könüllər bir olsun. Doğum günün mübarək.


Hörmətli iş yoldaşım! Bu xüsusi gündə xoşbəxtlik və bol qazanc diləyirəm.

Günəşin belə bir gün işığı sönəcək. Mənimsə sənə olan sevgim sonsuzadək sürəcək. Ad günün mübarək, sevgilim.

Dünyanın ən gözəlinin doğum günü mübarək olsun.


Həyatdakı yeganə şansım, ad günün mübarək.

Ən gözəl şeylər səninlə olsun.


Səni tanıdığım günə şükürlər olsun. Yaxşı ki, həyatımdasan.

Əziz xalam, sənə xoşbəxtlik arzulayıram.

Qəlbimin sahibi, yaşamaq səbəbim! Sənə aşiqəm, səni çox sevirəm.

Dünyanın ən gözəl bacısı, ad günün mübarək.