İllər keçdikcə yaşadığımız dünya ilə bağlı bilmədiyimiz məlumatları öyrənirik. Yer kürəsi ilə bağlı qeyri-adi faktları sizə təqdim edirik.

1. Mantiyaya yetişmək mümkün olmayıb


Seysmoloqlar hesab edirlər ki, yerin mərkəzi bərk olduğu halda, onun xarici strukturu maye və ərimiş vəziyyətdədir. Lakin mantiyanın hara aid olduğu məlum deyil, çünki ora çatmaq mümkün olmayıb. Dərinliyin 30 ilə 2 min 900 km arasında dəyişdiyi bildirilir. Rusiyada qazılmış bir quyu var, ancaq onun dərinliyi cəmi 12,3 km-dir və mantiyadan kifayət qədər uzaqdır.

2. Maqnit qütblər dəyişə bilər


Yerin maqnit qütblərinin istiqamətini tamamilə tərsinə çevirməsi mümkündür. Alimlər bunun əvvəllər də bir neçə dəfə baş verdiyini aşkarlayıblar. Son dəyişiklik 10 milyon il əvvəl olub və yenidən təkrarlanacaq.

3. 4,6 milyon il əvvəl 2 ay var idi


“Nature” jurnalında dərc olunan araşdırmaya görə, Ayın yerdən görünməyən tərəfinin niyə daha təpəli olması ilə maraqlanan elm adamları “İki Ay” ehtimalının üzərində dayanıblar.

4. Nəzəriyyəyə görə, Yerdə həyatın mövcud olduğundan əvvəl onun orbitində iki Ay var idi.


Ard- arda dönən iki Aydan kiçiyi, üç dəfə daha böyük və kütləsi 25 dəfə ağı olanının qravitasiya təsirinə girən kimi toqquşub və nəticədə indiki Ay əmələ gəlib.

5. Dünya çox sürətlə fırlanır!


Yer öz oxu ətrafında saatda 1600 km, Günəş ətrafında isə 108 min km sürətlə fırlanır. Ancaq insanlarbu böyük sürəti hiss etmirlər. Bunun səbəbi sabit sürət və cazibə qüvvəsidir.

6. Zaman artır və dünya yavaşlayır


620 milyon il əvvəl Yer kürəsində bir sutka 21,9 saat idi. Dünya get-gedə yavaşlayır, ancaq bu nisbət 100 ildə təqribən 70 millisaniyə təşkil edir və 24 saatın keçməsi üçün 100 milyon il lazımdır.

7. Cazibə qüvvəsi olduqca qəribə bir quruluşa malikdir


Yer, quruluş etibarilə kürə olmadığı üçün cazibə qüvvəsi hər yerdə bərabər deyil. Kanadadakı Hudzon körfəzi cazibə bərabərsizliyinin olduğu bölgələrdən biridir. Alimlər bildirirlər ki, bu bərabərsizliyin ən böyük səbəblərindən biri buzlaqların əriməsidir.

8. Ən isti və ən soyuq bölgələr arasında böyük fərq var


Liviyanın Əziziyyə bölgəsində ən yüksək temperatur olan 58 dərəcə qeydə alınıb. Ən aşağı temperatur isə Antarktidadakı Vortos stansiyasında (-89) olub.

9. Dünyamız inanılmaz dərəcədə çirklidir


Araşdırmalar göstərir ki, 1978-ci ildən bu yana dünyanın kosmosdan görünüşü çox dəyişib və yaşıl-mavi- ağ sahələr qəhvəyi-boz-qaraya çevrilib.

10. Dünya dəmir, oksigen və silikon kimi bir çox elementdən ibarət bir quruluşa malikdir

Əgər dünyanı onun tərkib hissələrinə bölsək, 32,1 faiz dəmir, 30,1 faiz oksigen, 12,1 faiz silikon və 13,9 faiz maqneziumla qarşılaşarıq. Tərkibindəki oksigenin 47 faizi mantiyada, 90 faizi isə nüvədə yerləşir.

11. Yer qabığının dərinliklərində gizli bir okean var


Alimlər yer qabığının 410-660 km dərinliyində gizli su hövzəsinin olduğunu aşkar ediblər. Onun 2,7 milyard il yaşının olduğu və mantiyada tapıldığı bildirilir.