Dünyada 230-dan artıq ölkə var. Hər ölkəyə xas olan qayda və qanunlar mövcuddur. Cinayətin az qeydə alındığı ölkələri təqdim edirik.

1. Birləşmiş Ərəb Əmirlikləri

Ən az cinayətin baş verdiyi ölkələrdən biridir. Cinayətkarlara verilən cəzalar o qədər ağırdır ki, ondan dolayı işlədilən cinayət əməllərinin də sayı azdır. Ölkədə qanunlar şəriət-hüquq sistemi ilə tənzimlənir. Evlilikdən əvvəl cinsi əlaqəyə girənlərə 100 qamçı cəzası verilir. 2014-cü ildə BƏƏ-də zina edən bir qadın daşlanaraq öldürülüb.

2. Cənubi Koreya


Hər baxımdan ideal göstəriciləri olan ölkədə cinayət hadisələrinin sayı da olduqca azdır.

3. Gürcüstan


Gürcüstanda rüşvət əməliyyatı adı altında bütün yol polislərinin işinə son verilib. Burada cinayət əməlləri də az olur.

4. Monteneqro


Monteneqro yüksələn iqtisadiyyatı ilə diqqət çəkir. Turizm potensialı və zəngin biomüxtəlifliyi ilə fərqlənən ölkədə cinayət hadisələri çox az qeydə alınır.

5. Honq-Konq


Edam cəzasının qadağan olduğu ölkədə cinayət hadisələrinin sayı az olur.

6. Sinqapur


Ən təhlükəsiz ölkələrdən biridir. Həmçinin, zənginliyi ilə də fərqlənir.

7. Ruanda


İqtisadi problemlər yaşayan ölkədə cinayətin az qeydə alınması təəccüblüdür. Lakin bu məsələ araşdırıldığı zaman qaranlıq məqamlar üzə çıxır.

8. Malta


Malta dünyada cinayət əməllərinin azlığına görə 3-cü yerdə gedir.

9. Yaponiya


Yaponiya ən təhlükəsiz ölkələrdən biri hesab olunur. Burada baş verən cinayət hadisələrinin sayı da kifayət qədər azdır.

10. Man adası


Man adası Birləşmiş Krallığın bir parçasıdır. İngiltərə və İrlandiya arasında yerləşir. Dünyada cinayətin ən az qeydə alındığı bölgədir.