Ekspertlər dünyanın ən çox spirtli içki qəbul edən ölkələrinin adlarını açıqlayıb.

Ən çox spirt istehlak edən ölkələr siyahısının başında olan ölkələrə baxdığımızda, bir spirt mədəniyyətinin formalaşdığını görürük. Bu ölkələrin insanları spirtli içkidə hədd tanımırlar...

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ən çox spirt istehlak edən ölkələri müəyyənləşdirdi. Siyahının başında ildə adambaşına orta hesabla 12,3 litr spirt içən Litva gəlir.2012 -ci ildə Litvada adambaşına 141,5 litr spirt istehlak edilmişdir.


Maraqlıdır ki, İndoneziyada, demək olar ki, spirtli içki qəbul etmirlər. Bu ölkədə adambaşına düşən spirtli içki cəmi 0,3 litr təşkil edir.

İlk beşlikdə olan ölkələrin siyahısı belədir:

Avstriya (11,8 litr), Fransa (11,7 litr), Çexiya (11,6 litr) və Lüksemburq (11,3 litr) ilk beşlikdəki digər ölkələrdir

Rusiya Macarıstanla birlikdə siyahıda yeddinci yerdədir. Araşdırmaya görə, bu iki ölkədə adambaşına düşən illik orta spirt istehlakı 11,1 litrdir.

Almaniya 10,8 litrlə səkkizinci, Portuqaliya 10,7 litrlə doqquzuncu, Polşa 10,6 litrlə 10 -cu yerdədir.

Hesabatın qrafikinə baxdıqda, Rusiyanın "ən çox spirt istehlak edən ölkə" olaraq göstərildiyi 2007 -ci ildən bu göstəricinin əhəmiyyətli dərəcədə azaldığı görülür.


  1. Litva (12,3 litr)
  2. Avstriya (11,8 litr)
  3. Fransa (11,7 litr)
  4. Çexiya (11,6 litr)
  5. Lüksemburq (11,3 litr)

Adambaşına ən az spirt istehlak edən ölkələr İndoneziya (0.3 litr), Türkiyə (1.4 litr), İsrail (2.6 litr, Hindistan 3 litr) və Kosta Rika (3.8 litr) idi.