Dünyada elə yerlər var ki, şəkli belə insanı valeh edir. Zamanın başlanğıcından bəri eyni qalıbmış kimi duran, gözəlliyi zədələnməyən və insan əli dəyməyən bu yerləri sizə təqdim edirik.

Rusiyada yerləşən Meşə gölü



Bu sirli gölüm yerləşdiyi yer dəqiq məlum olmasa da, Tümen bölgəsində olduğu güman edilir. Meşənin içində necə əmələ gəldiyi məlum deyil.

Tepui, Cənubi Amerika


Tepui sözü Qran Sabana yerli xalqının dilində "tanrıların evi" deməkdir.

Honokohau Falls, Maui adası



Yaşıllıq içində axan su insanın qəlbini ehtizaza gətirir.

Madaqaskarın daş meşəsi Tsingy de Bemaraha



Bu qayalıq kanyonlar milyonlarla il ərzində əmələ gəlib. Musson yağışlarının yaratdığı təbii körpülər və kanyonlar heyranlıq duyurur.

Dallol, Efiopiya



Duz mədənçiliyi Dallol vulkanı ətrafında edildiyi üçün toxunulmamış ərazi deyil, lakin yaxınlarında həyat sahəsi yoxdur.