Dünyaya böyük töhfələr vermiş qadınların siyahısını hazırlamışıq. Onları təqdim edirik.

1. Ana Patricia Botin


İspan bankir Ana Patricia 4 oktyabr 1960-cı ildə anadan olub. Santander Group-un direktorlar şurasının sədri olan Botin, “Forbes” tərəfindən dünyanın ən güclü qadınlarından biri seçilib.

2. Meg Whitman


Əsl adı Margaret Cushing olan qadın 4 avqust 1956-cı ildə anadan olub. Harvard Universitetinin məzunu olan Cushing 10 il eBay-in baş meneceri , sonra isə Hewlett Packard (HP) şirkətinin prezidenti olub.

3. Susan Wojcicki


5 iyul 1968-ci ildə anadan olan Susan Diane Wojcicki “Time” jurnalı tərəfindən "internetin ən güclü
qadını" seçilib. Google-da Reklam və Ticarət şöbəsinin rəhbəri olarkən YouTube-u alan şəxs kimi tanınan Wojcicki daha sonra YouTube-un CEO-su olub.

4. Sheryl Sandberg


Yazıçı və aktrisa Sheryl Kara Sandberg 28 avqust 1969-cu ildə anadan olub. 1969-cu ildə anadan olub. ABŞ Maliyyə Departamentində xidmət etdikdən sonra Google-da işini davam etdirən Sandberg, daha sonra Faceboook-da işə başlayıb.

5. Christine Lagarde


Hüquqşünas və siyasətçi Christine Lagarde 1956-cı il yanvarın 1-də anadan olub. 2007-ci ildə Nicolas Sarkozy Fransanın İqtisadiyyat, Maliyyə və Sənaye naziri təyin edilən Lagarde, 2011-ci ildə tarixə imza atıraq BVF-nin ilk qadın rəhbəri seçilmişdir.

6. Mary Barra


24 dekabr 1961-ci ildə anadan olan Mary Teresa Barra General Motors (GM) şirkətinin sədri və baş icraçı direktoru oldu. Barra böyük qlobal avtomobil istehsalçısının ilk qadın CEO-su olub.

7. Melinda Gates


Xeyriyyəçi Melinda French Gates 15 avqust 1964-cü ildə anadan olub. Microsoft-da məhsul bölməsinin keçmiş meneceri olan Gates daha sonra Bill və Melinda Gates Fondunun təsisçisi və vitse-prezidenti olub.

8. Janet Yellen


İqtisadçı Janet Louise Yellen 13 avqust 1946-cı ildə anadan olub. Berkli Universitetində biznesin idarə edilməsi professoru olan Yellen daha sonra Federal Ehtiyat Sisteminin ilk qadın prezidenti kimi idarə heyətində çalışıb.

9. Hillary Clinton


26 oktyabr 1947-ci ildə anadan olan siyasətçi ABŞ-ın 67-ci dövlət katibi olub. 2016-cı il prezident seçkilərində Demokratların prezidentliyə namizədi olub, lakin ikinci yeri tutub.

10. Angela Merkel


Leypsiq Universitetinin məzunu Angela Dorothea Merkel 17 iyul 1954-cü ildə anadan olub. Merkel İkinci Dünya Müharibəsindən sonra Almaniya kansleri olan ən gənc şəxsdir.