Dünyada, siyasi, sosial, coğrafi səbəblərdən dolayı aclıq və yoxsulluqla mübarizə aparan ölkələr var. Afrika qitəsində yerləşən həmin ölkələri təqdim edirik.

Dünyada 200-dən artıq ölkə var, ən yoxsul ölkələr isə Afrikada cəmləşib. Bu, təbii ki, təsadüfi deyil. Həmin ölkələr imperializdən illərlə qurtula bilməyib və güclü dövlətlər tərəfindən talanıb. Bu ölkələr təbii ehtiyatlarla zəngin olsalar da, işsizlik, daxili çəkişmələrin doğurduğu hərc-mərclik hər şeyi alt-üst edib.

1. Burundi


Burundidə adambaşına düşən illik gəlir 275 dollardır. Cəmi 10 milyon əhalisi olan ölkədə insanların orta ömrü cəmi 50 ildir. Bunun əsas səbəbi yoxsulluqdur. Bu ölkədə yaşayan insanlar kasıb olduqları üçün dünyanın ən bədbəxt insanları kimi də tanınırlar.

2. Mərkəzi Afrika Respublikası


MAR-da adambaşına düşən illik gəlir 306 dollardır.

3. Niger


Nigerdə adambaşına düşən illik gəlir 356 dollardır. Niger Qara Qitənin yoxsulluqla mübarizə aparan ölkələrindən biridir.

4. Malavi


Malavi dünyanın ən az inkişaf etmiş ölkələrindən biri hesab olunur. Ölkə üzrə adambaşına düşən milli gəlir 320 dollar civarındadır. Ölkə iqtisadiyyatı Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların vəsaitlərindən asılıdır. İnsan İnkişafı İndeksinin 2012-ci il məlumatlarına əsasən, ölkə ümumilikdə 187 ölkə arasında 170-ci yerdə qərarlaşıb.[10] Əhalinin 85%-i kənd yerlərində yaşayır və iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanır. Ümumi daxili məhsulun üçdə biri və ixrac gəlirlərinin 90%-i kənd təsərrüfatının payına düşür.

5. Madaqaskar


Madaqaskarda adambaşına düşən illik gəlir 411 dollardır.

6. Liberiya


Liberiyada adambaşına düşən illik gəlir 455 dollardır.

7. Konqo Demokratik Respublikası


Konqoda adambaşına düşən illik gəlir 456 dollardır.

8. Toqo


Toqoda adambaşına düşən illik gəlir 547 dollardır. Ərazi baxımından Afrikanın ən kiçik ölkələrindən biridir. Ölkədə qırxa yaxın etnik qrup yaşayır. Qvineya körfəzinin sahilində yerləşən Lome; Ölkənin ən böyük şəhəri və paytaxtıdır.

9. Somali


Somalidə adambaşına düşən illik gəlir 551 dollardır.

10. Sierra-Leone


Sierra-Leonedə adambaşına düşən illik gəlir 693 dollardır.

11. Eritreya


Eritreyada adambaşına düşən illik gəlir 754 dollardır.

12. Tanzaniya

Tanzaniyada adambaşına düşən illik gəlir 864 dollardır.

13. Zimbabve


Zimbabvedə adambaşına düşən illik gəlir 890 dollardır.

14. Seneqal


Seneqalda adambaşına düşən illik gəlir 910 dollardır.

15.Tacikistan

Siyahıda yeganə Asiya ölkəsi olan Tacikistanda adambaşına düşən illik gəlir 925 dollardır.