Suda, quruda və havada yaşayan bir çox canlının özlərini qoruma mexanizmi mövcuddur. Bəzi heyvanlar özlərini zəhərləri ilə qoruyurlar. Onlar insanı asanlıqla öldürə bilərlər.

Dünyanın ən zəhərli canlıları siyahısını tərtib etdik. Ölçüsünün kiçikliyinə rəğmən çox zəhərli heyvan tapa biləcəksiniz siyahıda.

1. Dort poison frog (zəhərli ox qurbağası)


Dünyanın ən zəhərli canlısıdır. Kolumbiyada yaşayır. 2 sm uzunluğundadır. Zəhəri bir insanı anındaca öldürəcək gücdədir.

2. Blue ringed ostopus (mavi halqalı ahtapot)


İkinci ən zəhərli canlıdır. Zəhəri iki dəqiqəyə bir canlını öldürə bilər. Yaponiyada yaşayır.

3. Cone snail (mərmər səthli ilbiz)


Duzlu suda yaşayan bu dəniz canlısının boyu kiçikdir. Zəhərinin bir damcısı da insanı öldürəcək gücdədir. Ən zəhərli heyvan kimi bilinməkdədir..

4. Box jelly fish (qutu meduza)


Hind okeanında yaşayan bu canlının zəhəri çox güclüdür. 5 dəqiqə sonra ölüm reallaşır. Bu heyvandan qorunmağın qəribə üsulu var: qadın corabları geyinmək. Xilasedicilər buna görə uzun corablar geyinirlər.

5. Inland taipan (böyük patron)

Ən zəhərli ilandır. Sancmasıyla 120 insanı öldürə bilər. Zəhəri 5 metr uzaqdan belə təsir göstərir. Kobradan 100 dəfə güclü zəhərə sahibdir.

6. Death stalker (ölüm ovçusu)


Sarı əqrəbin xalq arasında bilinən adıdır. Zəhəri insanı 1 saata öldürə bilər. 1 qram zəhəri 100 siçanı öldürəcək gücdədir.

7. Ophiophagus hannah


Çin və Hindistan meşələrində yaşayan ən zəhərli canlılardan biridir. Qurbanını qeyri-adi zəhərləmək üsuluyla öldürür. Onun gözlərini zəhər tüpürür. Dərhal müdaxilə edilmədikdə ölüm baş verir.

8. Heloderma suspektum (Gila əjdahası)


Ən zəhərli kərtənkələdir. Amerikada yaşayır. Sancdığı adama tibbi yardım edilməsə, tədrici ölüm yaşanır.

9. Daş balığı


Dənizdə yaşayan ən zəhərli heyvanlardan biridir. Belindəki zəhərli tikanlar sayəsində qurbanını ağrılı ölümə sövq edir. Müdaxilə edilməsə, iflic olur.

10. Banan hörümçəyi


Banan hörümçəyi Ginnesin Rekordlar Kitabında ən zəhərli canlı seçilib. Bu hörümçək iflic, əzələ nəzarəti itkisi və ölümə səbəb ola bilər.