Astronovtların kosmosdan çəkdikləri fotolar minlərlə insanın diqqətini cəlb edir. Həmin fotoları təqdim edirik.

Bəynəlxalq Kosmik Agentlik alimlər üçün labaratoriya olmaqla yanaşı, dünya mənzərəsini əks etdirən fotolar üçün ideal məkandır. Astronovtlar çəkdikləri bu cür fotoları paylaşmağı sevirlər.

Kosmosdan çəkilmiş üç fotonun tarixçəsini sizə təqdim edirik.

Beynəlxalq Kosmik Agentliyin astronovtları daha 3 foto paylayaşaraq öz bacarıqlarını nümayiş etdiriblər. Bu fotolardan birincinin müəllifi Thomas Pesquetdir.


Astronovat Thomas Pesquet çəkdiyi dünya fotoları ilə məşhurdur. Paylaşdığı son foto sanki bir Van Gogh tablosudur. Pesquet fotonu Avstraliya üzərində çəkib. Ancaq o, fotoda Avstraliyanın hansı səmtinin təsvir edildiyini açıqlamayıb.

Kosmosdan çəkilən dünya fotolarının müəlliflərindən biri də NASA-nı təmsil edən Megan McArthurdur. O, San-Fransiskonun Golden Gate körpüsünün kosmosdan görüntüsünü çəkib. McArthur fotosunda digər yerlər də göstərilir. Məsələn, Farallones körfəzi, San-Fransisko körfəzi, səhərin digər hissəsi və Alkatraz adası.


Dünya fotoları arasında üçüncü yerdə NASA astronavtı Shane Kimbroughun əl işi yer alır. Bu foto həqiqətən də ideal mənzərə ehtiva edir. Fotoda nəhəng CD-lər təsvir olunub. Burada mərkəzi nöqtə ətrafında yer alan ərazi əks edilib. Görüntü ABŞ-da çəkilib. Dairəvi əkin tarlaları xüsusən diqqət çəkir.


Pesquet Səudiyyə Ərəbistanının üzərindən keçərkən də oxşar görüntü lentə alıb. Onu da qeyd edək ki, kosmosdan görüntü çəkmək heç də asan deyil. Astronavtlar kosmosda əsasən elmi araşdırmalar aparırlar. Buna görə şəkil çəkmək üçün vaxtları azdır.