Elon Muskun uğur və zəka ilə bağlı düşüncələrini bir araya gətirmişik. Məqaləmizdə məşhur milyarderin digər mövzulara aid sözləri də yer alır.

1. Özünüzü motivə edin. Bir şeyi bacarmaq istəyirsinizsə, özünüzü motivə edin. Əks halda, özünüzü pərişan edərsiniz.


2. Sağlam addımlar atın! Şirkət qurmaq keks bişirmək kimidir. Bütün inqridientləri doğru nisbətdə qatmalısınız.


3. İlk olaraq etmək istədiyiniz şeyin imkansız olmadığına inanın. Daha sonra etməyiniz üçün səbəblər çıxacaq.


4. Texnologiyanı asan hesab etməyin. Vulkanik partlayış, nəhəng asteroid kimi dünyanı yox edə bilər. İnsanın hazırladığı bir virus və ya naməlum texnologiya bəşəriyyəti məhv edə bilər.


5. Et və ya öl. Əsla təslim olma!


6. Hədəfə istiqamətlənin. Bir məqsəd və hədəf üçün çalışın. Bu səbəbdən insanların səhər işə gəlib birlikdə işləməkdən xoşbəxt olmalarını təmin etməlisiniz.


7. İnsanları təəccübləndirin. Bu necə oldu? Belə bir şey necə mümkündür? Bu suallar verilən işlərlə maraqlanıram.


8. Bəzi insanlar dəyişikliyi sevmir, lakin digər alternativ fəlakətdirsə, dəyişikliyi istifadə etməyə məcbursunuz.


9. Unutmayın, hər şey insanın öz əlindədir. İnsanları iki gələcək gözləyir. Ya fərqli bir planetə köçəcəklər, ya da dünyadakı mənbələri tükədəcəklər.


10. Əgər bir şey yetərincə önəmlidirsə, onun üçün mübarizə aparmalısınız. Nəticə uğursuz olsa belə...


Baham adalarından bir ada alıb öz krallığımı qura bilərəm. Amma yeni bir şirkət qurmaq və çalışmaqla daha çox maraqlanıram.


Tənqidləri ciddiyə alın. Bir şeyin ən yaxşısını etmək üçün əzm göstərin. Səhvləri aşkarlayıb düzəldin. Xüsusən dostlarınızın tənqidlərinə önəm verin.


Sabah oyandıqda gələcəyin daha yaxşı olacağını düşünürsünüzsə, o gün aydınlıq bir gün olacaq.

Ən yaxşısı, işləyin! Əgər məhsulunuz keyfiyyətlidirsə, insanlar onu nəyin bahasına olsa da alacaqlar.Apple bunu sübut etdi. İstəsəniz, daha ucuz bir telefon və ya kompüter ala bilərsiniz. Ancaq Apple-in daha keyfiyyətli olduğunu bilirsiniz.

Uğursuz olmaq da seçimlərinizdən biridir. Və bu da mümkündür ki, kifayət qədər yenilikçi deyilsiniz.


Mən səbr etməyi hələ indi öyrənirəm. Həqiqətən çox çətindir.

Kontrollu olun. Deyilir ki, bütün yumurtaları bir səbətdə daşımayın. Səbətin başına gələ biləcək hər hansı bir hadisə zamanı nəzarət əlinizdədirsə, bütün yumurtaları tək bir səbətə qoya bilərsiniz.

Fərqli olmağa çalışmayın. Bir şeyi digərlərindən fərqli olduğuna görə etməyin. Məqsədiniz digərlərindən daha yaxşı bir şey hazırlamaq olsun.

İnsanların təhsil və zəkanı qarışdırmasına nifrət edirəm. Yaxşı bir lisenziya dərəcəsinə sahib olmaq axmaq olduğun həqiqətini dəyişdirmir.


Gələcək üçün nəsə edin. Gözəllik və ilham anlayışlarının dəyəri yetəri qədər anlaşılmayıb. Ancaq mən kimsənin xilaskarı olmaq niyyətində deyiləm. Mən gələcək haqqında düşünməyi və üzülməməyi üstün tuturam.

İşinizi ehtirasla görün. İnsan sevdikləri şeyin arxasınca getməlidirlər. Bu onları daha xoşbəxt edər.

İşləməkdən sevincli olun. Bir sahildə vaxt öldürmək mənə görə ən bərbad işdir. Elə bir həyatım olsa, çox sıxılardım. Mən məşğuliyyəti və yorulmağı sevirəm.