Elvin Mirzəzadə yeni mahnısı və klipini youtube kanalında paylaşıb. Mahnının adı "Bu onun işidir" adlanır.

Mahnı youtube kanalına yerləşdirilən andan maraqla qarşılanıb. Elvinə yaradıcılığında uğurlar arzu edirik.


Bu onun işidir mahnısını mp3 kimi saytımızdan endirə bilərsiniz. Eyni zamanda mahnı sözlərini də dostlarınızla paylaşa bilərsiniz.


Elvin Mirzəzadə - Bu onun işidir

Söz: Adil Əmircan
Musiqi: Elvin Mirzəzadə

Youtube izlənmə sayı: 100K


Mp3 yüklə


Elvin Mirzəzadə bu onun işidir mahnı sözləri

Mən onu yazıram, o məni hiss edir,
O da mənə görə özünü pis edir
Varlığı yaşadır, sevgisi isidir
Yoxluğu üşüdür, Bu Onun İşidir.

Danış ürəyini ürəyini gedənə,
Susduqca yığılır, yük olur bədənə.
Danışmaq gözəldir səni eşidənə
O səni eşidir, Bu Onun İşidir!

Bu Onun İşidir

Nə məni bezdirir, nə məni tükədir,
Yanımda balaca, gözümdə yekədir.
Deyirlər Unutmaq 2x2-dir,
Vururam 5 edir, Bu Onun İşidir!

Bu Onun İşidir

2ci bənd.

Sarılıram ona, unudub özümü
Oluram ram ona, yumuram gözümü
Dilimdə dolaşır, unudub sözümü
Sevgi vərdişidir, Bu Onun İşidir!

Mən onun xəstəsi, o mənim təbibim.
Sevgisin istərəm, yox başqa tələbim.
Məni yaşadır o, yaşamağa səbəbim:
Onun gülüşüdür, Bu Onun İşidir.

Bu Onun İşidir