Dünyada yüzlərlə ölkə var. Hər bir ölkədə qanunlar və sanksiyalar fərqlidir Cinayət nisbətinin digərlərindən daha aşağı olduğu ölkələri təqdim edirik.

1. Birləşmiş Ərəb Əmirlikləri


BƏƏ dünyada cinayət nisbətinin ən aşağı olduğu ölkələrdən biridir. Cinayət törədənlərə verilən cəzalar o qədər ağırdır ki, bu, cinayətin sayına ciddi şəkildə təsir edir. Qanunları şəriət sistemi ilə tənzimlənən ölkədə spirtli içki qəbul edən müsəlman əhaliyə 80 şallaq, nikahdan əvvəl cinsi əlaqədə olanlara isə 100 şallaq cəzası verilə bilər

2. Cənubi Koreya


Adambaşına düşən yüksək gəlirin cinayətkarlıq səviyyəsinə təsir etdiyi danılmaz faktdır. Hər mənada ideal ölçülərə malik olan bu ölkə qlobal sülh indeksində dünyada 10-cu yerdədir.

3. Gürcüstan


Rüşvət əməliyyatı adı altında bütün yol polisi əməkdaşlarının işdən çıxarıldığı Gürcüstan cinayətlərin sayının az olduğu ölkələrdəndir.

4. Monteneqro


Monteneqro yüksələn iqtisadiyyatı ilə seçilən ölkədir. Turizmi və zəngin biomüxtəlifliyi ilə adından söz etdirən ölkədə cinayət nisbətləri də çox aşağıdır.

5. Honq Konq


Ölüm hökmünün qadağan olunduğu ölkə cinayət nisbətinin aşağı olduğu ölkələr sırasında yer almağı bacarıb.

6. Sinqapur


Ən təhlükəsiz ölkələr sırasında olan Sinqapur da ən zəngin ölkələrdən biridir.

7. Ruanda


İqtisadi problemlər yaşayan ölkə cinayət nisbətinin aşağı olması ilə təəccübləndirir.

8. Malta


Aİ-nin üzvü olan ölkə dünyada ən aşağı cinayət nisbətinə görə 3-cü yerdədir.

9. Yaponiya


Sülh mərkəzlərindən biri olan Yaponiya cinayət nisbətlərinin çox aşağı olması ilə ən təhlükəsiz ölkələrdən biri hesab olunur.

10. Man adası



Budur, dünyada cinayət nisbətinin ən aşağı olduğu ölkəyə gəlib çatdıq. Əslində Böyük Britaniyanın
Kraliça II Yelizavetanın idarə etdiyi bir hissəsidir. İngiltərə ilə İrlandiya arasında yerləşən bir adadır.