İnsanlar yuxuda şüuraltılarından dolayı müxtəlif yuxular görürlər. Bu yuxular bəzən xəyalları, bəzənsə qorxuları əks etdirir. Ən çox görülən qorxulu yuxuları təqdim edirik.

1. Bir varlıqdan qaçdığını görmək


Bəzən bir insan və ya heyvan tərəfindən təqib olunduğumuzu görürük. Həyatımızda üzləşmək istəmədiklərimizdən qaçdığımızı ifadə edir.

2. Haradansa yıxıldığını görmək


Demək olar ki, hər kəs belə yuxu görüb. Bu yuxu həyatınızda bəzi şeylərin nəzarətinizdə olmadığı anlamına gəlir.

3. Qapalı yerdə qaldığını görmək


Bu yuxunu da çoxları görür. Mənası, həyatınızda olan bəzi neqativliklərdən qurtula bilmədiyinizdir.

4. Tərk edildiyini görmək


Həyatınızda, münasibətlərinizdə yaşadığınız insamsızlıq, qarşınızdakı insanla bağlı şübhələriniz yuxularınıza da girir.

5. Yaralandığını görmək


Bu yuxunu sona çatdırmaq istəyirsinizsə, həyatınızdakı zəif nöqtələri tapıb düzəltməyiniz lazımdır.

6. Dişlərinin töküldüyünü görmək


İnsanın özünə olan inamsızlığından qaynaqlanan yuxudur. Bu insanlar başqalarının onlar haqqında nə düşündükləri ilə bağlı həyəcan keçirirlər.

7. Çılpaq halda olduğunu görmək


Öz xarici görünüşündən əmin olmayan insanların gördüyü yuxudur. Bir başqa mənası da başqalarının düşüncələrinə görə hərəkət edən insanlar deməkdir.

8. Vacib anları qaçırmaq


Vacib məqamları qaçırmaq uğursuz ola biləcəyinizi düşünməyinizdən qaynaqlanan qorxu ilə gördüyünüz yuxulardır.

9. Ölü, cəsəd görmək


Sizi qan-tər içində oyadan bu yuxu əslində bəzi şeylərin təsirindən hələ də qurtulmadığınızın sübutudur.

10. Təbii fəlakət görmək


Belə yuxular bir imtahan və ya həkim müayinəsi əvvəl keçirilən stress və qorxu ilə əlaqədardır.