İnternetdəki bəzi saytlar olduqca populyardır və davamlı olaraq ziyarət edilir. Dünyada ən girişi olan 10 saytı sizə təqdim edirik:

1. “Google”


Google bu saytların arasında ilk sırada qərarlaşıb. Google həm də ən çox istifadə axtarış motorudur. Bütün suallarınıza burada cavab tapa bilərsiniz.

2. “Facebook”


Bu platformanın 800 milyondan çox istifadəçisi vardır. Zamanla Facebook təkmilləşib, fəaliyyətini şaxələndirib. Burada foto, şəkil, video paylaşmaq mümkündü.

3. “YouTube”


YouTube də ən çox izlənilən saytlardandır. Burada axtardığınız hər növdə olan videonu tapa bilərsiniz. Kino, cizgi filmi, reklam, musiqi, təhsil və digər bir çox sahədə fərqli videolar bu platformada cəmləşib. Öz kanalınızı açıb, videolarınızı yükləyə bilərsiniz.

4. “Twitter”


Twitter sayəsində istədiyiniz mesajları, düşüncələri paylaşa bilərsiniz. Saytda özəl və dünya xəbərlərini paylaşmaq imkanınız var.

5. “Wikipedia”


Minlərlə könüllünün qatıldığı ən böyük ensklopedik saytdır. 300-ə yaxın dil seçimi sayəsində sizə istədiyiniz informasiyanı təqdim edir.

6. “Amazon”


Ən çox alış-veriş edilən saytdır. Burada istədiyiniz hər şeyi sifariş edə bilərsiniz.

7. “Yahoo”


Ən çox ziyarət edilən axtarış saytlarından biridir. Həmçinin istifadəçilərə məlumat və xəbər verir.

8. “Reddit”


Reddit 2005-ci ildə yaradılıb, sosial xəbər saytıdır. İstifadəçilərin link, məqalə, foto və video paylaşa bilmələrinə imkan yaradır.

9. “Instagram”


Instagram foto və video paylaşmaq tətbiqi kimi istifadə edilir. Sevdiyiniz, bəyəndiyiniz şəkilləri, videoları paylaşa bilərsiniz.

10. “Yandex”


Ən çox ziyarət olunan saytlardandır. Həmçinin axtarış motorudur. Yandex istifadəçilərin bütün suallarını doğru cavablandırmaq məqsədi ilə yaradılıb.