Ən gözəl evlilik təkliflərini bir araya toplamışıq. Eşq və romantika ilə zəngin olan bu cümlələri, fikirləri sevdiyinizə etiraf edə bilərsiniz.

İkimizin quracağı bir həyata imza atarmısan?

Sən bu günümün şükrü, sabahımın duasısan. Heç vaxt bağlanmayan ovcumsan.

Sevgilim, gəl birlikdə nəfəs alaq.

Sən mənim yoluma çıxacaq qədər təsadüf deyildin. Həyatıma girəcək qədər qismətim idin. Yaxşı ki, səni sevdim...

Əslində, sənə verəcək bir şeyim yoxdur. Çay var, içərsən, mən varam, sevərsən, yol var, gedərsən.

Ən gözəl evlilik təklifi sözləri

Başqasını qalxan görmədən öz təkliyimi qucaqladım. Göylərdə tək qartal kimi süzdüm, kimsənin məni izləməsinə ehtiyac duymadan. Ta ki səni görənə qədər. Mənimlə uzun bir eşq yolunda səyahətə çıxarsanmı?


Səni görüncə yaşamağın dəyərini anladım. Səni itirmək istəmirəm, mənimlə yeni bir dünya qurmağa hazırsan, əzizim?

Sənin yerin başımın üstü, qəlbimin otağıdır, ancaq sən mənim qonağım deyilsən, ruhumun ortağı, müharibəmin qəhrəmanısan. Qürurum, sevgim, mənam, bir daha ürəyimdəki bu federativ respublikanı tərk etmə.


Bir şəkil çərçivəsi istəyirəm, ətrafında qızıl, gümüş olmasa da olar. Bilirəm ki, dünyanın ən qiymətlisi, ən əzəmətlisi o çərçivənin içini dolduracaq. Mənə həyatın ən gözəl pozasını verərək mənimlə eyni çərçivəyə girərsənmi?

Mən başqa sularda üzə bilməyən, yalnız sənin akvariumunda yaşamağa məcbur olan həssas bir balığam. Bu halımdan çox məmnunam. Ölənə qədər sənin sularında üzmək istəyirəm. Mənə "hə" de, yalnız qoyma məni.


Ağ gəlinlik sənə yaraşır, mənim gözəl sözlərimin tanrısısan, sevgilim! Adın mənim xoşbəxtliyimin adıdır. Mənimlə evlənərsən?


Ən romantik evlilik təklifi sözləri

Yuxularımdan həqiqətimə, qaranlıqdan işığa keçidimə, gündüzümdən gecəmə, dünənimdən sabahıma ortaq, səsimə, nəfəsimə, sənsiz aciz bədənimə dəstək, ruhuma, qəlbimə, beynimə yoldaş olmağını istəyirəm. Hər zaman yanımda olmağını istəyirəm.

Kəpənəklərin ömrü bir gündür. Sənə həyatımın sualını verərkən kəpənəklər uçurtmaq istəmişdim. İndi qarğaları uçuracağam. Çünki 400 il yaşaya bilirlər. Mənimlə evlənərsən?


Xəyallarımla, ümidlərimlə və ən əsası sənlə dolu dünyamda əbədi qalarsanmı? Əllərimi bərk-bərk tutarsanmı?

Ən təsirli qısa evlilik təklifi mesajları

Alın yazım olarsan?

Mənimlə evlən, qadınım ol.


Soyadımı soyadına əlavə edərsən?

Can yoldaşım, həyatımın mənası olarsan?


Hər gecə mənimlə eyni yuxuya keçərsən?

Xatirəm yox, həyatım olarsan?


Mənimlə əbədiyyətə qədər birlikdə olarsan ?

Gülməli evlilik təklifi sözləri

Tək maaşla dolana bilmirəm, evimə ikinci maaş gətirərsən?


Bütün günü evimin xərclərini hesab-kitab edirəm. Buna görə mənimlə evlənərsən?

Zalda yuxuya keçəndə gəlib mənə “qalx, yerində yat” deyərsən?

İsti şorba xəyalı ilə alışıb yanıram. Artıq buna dözə bilmirəm, mənimlə evlənərsən?

Mənimlə evlən, yoxsa mən səninlə evlənərəm!


Xəstələnərkən nazımı çəkərsən?

Bundan sonra həmişə ailə çay bağçalarına getmək üçün mənimlə evlənərsən?

Vaxtın varsa, evlənə bilərik?


Ən gözəl evlilik təklifi mahnıları

Kutsi - İlan-ı Aşk

Hakan Altun - Teklif Ediyorum

Berdan Mardini - Senden Çocuğum Olsun İstiyorum

Rafet El Roman - Ömrümün Sahibi

Koray Avcı - Hoş geldin

İntizar - Gökyüzüm Sen Ol Bir tanem

İrem Derici - Kalbimin Tek Sahibine

Depeche Mode - Somebody

Whitney Housten - I'll always love you

Celin Dion - My Hearts Will Go On