Doğru sandığımız, lakin əslində səhv olan bir çox məlumat var. Olardan ən vacib olanları sizə təqdim edirik.

1. "Mixi yazıları mixi ilə yazılırdı".


Düz məntiqlə doğru olaraq qəbul edilən bu məlumatlar həqiqətdən olduqca uzaqdır. Həqiqət budur ki, mixi yazıları "Stylus" adlanan qamış qələmlərlə yazılıb.

2. "Saç və dırnaqlar öləndən sonra da böyüməyə davam edir".


Xalq arasında əfsanə kimi dildən-dilə yayılan bu yalan məlumatlar əslində çürüməyə başlayan dərinin çıxarılması və dırnaq köklərinin ortaya çıxması nəticəsində meydana gəlib. Çıxarılan dərilər saç və dırnaqların kökləri ilə əvəz edildikdə, insanlar bunu "dırnaqlar və saçlar ölümdən sonra uzanır" kimi qəbul etməyə başladı.

3. "Dəvələr hörgüclərində su saxlayırlar".


Xüsusilə Ərəbistan bölgəsində dəvələr isti səhra şəraitində həyatda qalmaq üçün qida ehtiyatı saxlayırlar. Dəvələrin hörgüclərində su saxlaması iddiası isə tamamilə səhvdir. Əslində, dəvələr hörgüclərində çoxlu yağ saxlayırlar. Bunun səbəbi yağın sudan daha çox istiyə davamlı olmasıdır.

4. "Yarasaların gözləri görmür".


Yarasaların kor olduqları barədə yanlış bir fikir var. Yarasaların çoxu ekolokasiya ilə hərəkət edir, lakin bu, əlbəttə ki, görmə qabiliyyətinin olmaması səbəbindən deyil. Hətta bəzi yarasa ailələri gecələr əla görmə qabiliyyətinə malikdirlər.

5. "Beynimizin yalnız 10%-ni istifadə edirik".


1890-cı illərdən günümüzə qədər səhv olan bu məlumatların, inkişaf etmiş texnologiya görüntüləmə cihazları sayəsində səhv olduğu sübut edilib. Psixoloq William Jamesin "zehni potensialımızı sonuna qədər istifadə etmirik" cümləsi səbəbiylə irəli sürülən bu tezisin səhv olduğu sübut olunub. Əslində, beynimizin 10%-dən daha çoxunu istifadə edirik.

6. "Qırmızı rəng buğaları əsəbiləşdirir".


İspaniyada öküz döyüşləri və festivallar zamanı tez-tez gördüyümüz bu maraqlı hadisə səbəbindən öküzlərin qırmızı rəngə həssas olduğunu düşünürük. Əslində, uzun müddət qapalı yerdə olan öküzlər təbii olaraq qəzəblənərək səhnəyə çıxır və daim hərəkət edən cisimlər ona təcavüzkar bir münasibət sərgiləyir. Başqa sözlə, öküzlər qırmızı rəngə deyil, davamlı hərəkət edən obyektlərə hücum edirlər.

7. "Əsnəmək yuxunuzun gəldiyinə işarədir".


Ümumiyyətlə, insanlar yuxu saatlarında əsnəyirlər. Əslində, əsnəməyin yuxu ilə bir əlaqəsi yoxdur. Əsnəmək bədənin kifayət qədər oksigen ala bilmədiyi zaman baş verir.

8. "İspanaq insanı gücləndirir".


İspanağın insanı gücləndirməsi iddiası 1870-ci illərdə bir həkimin səhvi nəticəsində ortaya çıxıb. O, səhvən ispanaqdakı dəmir miqdarının normadan 10 dəfə çox olduğunu qeyd edib.

9. "Dəvəquşular qorxduqları üçün başlarını quma soxurlar".


Dəvəquşular başlarını quma soxsalar da, bunu qorxduqları üçün etmirlər. Əsas məqsədləri yumurtaları torpağın altına basdırmaq olan dəvəquşular bu yumurtaları daim nəzarətdə saxlayırlar.

10. "Elektrik lampasını Edison icad edib".


Əslində, Edison elektrik lampasını icad etməyib. Elektrik lampasını Humphry Davy ixtira edib.

11. "Telefonu Graham Bell ixtira edib".


Telefonu Antonio Meucci icad etsə də, patentini Graham Bell aldığı üçün bu ixtira tarixdə onun adı ilə qalıb.

12. "Henry Ford avtomobili icad edib".


Əslində, avtomobilin ixtiraçısı Karl Benz adlı mühəndisdir. Yəni, Henry Ford avtomobili icad etməyib.

13. "Çin Səddi Aydan baxanda görünür".


Bu da yanlış məlumatdır. Çin Səddinin Aydan baxdıqda göründüyü deyilsə də, bunun hər hansı əsası yoxdur.

14. "Balıqla yoğurt yemək olmaz".


Balıq təzədirsə, onu yoğurtla yeyə bilərsiniz. Allergik xəstəlikləri olan insanlarda cüzi qaşınma yarada bilər.

15. "Kəpənəklər bir gün yaşayır".


Səhv məlumatdır. Bəzi kəpənəkər 1 aydan 3 aya qədər ömür sürürlər.

16. "Balıqların yaddaşı yoxdur".


Bu məlumat da əsassızdır. Bəzi balıqların yaddaşı 3 aya qədər olur.

17. "Kim çox şəkər yeyirsə, şəkər xəstəsi olur"


Çoxlu şəkər yeməyin şəkər xəstəliyi ilə əlaqəsi yoxdur.