Nə qədər asan görünsə də, saç modeli hazırlamaq çox çətin və vaxt aparan bir işdir. Qadınlar praktik və tez hazırlanan saç düzümlərinə üstünlük verirlər. Bu cür saç modellərini sizə təqdim edirik.

1. Pratik təbii topuz modeli


Saçınızı ortadan ayırın, sonra saç uclarını düyün kimi hər iki tərəfdən bağlayın. Tərs şəkildə düyünün içərisində qalan saçlarınızın arasına çəkin və kiçik saç sancaqları ilə kənarlarından tutduraraq praktik təbii topuz əldə edin.

2. Sürətli, praktik və dalğalı saç modeli


Sürətli, praktik və dalğalı saçlara sahib olmaq istəyirsinizsə, əvvəlcə saçlarınızı yuxarıdan toplayaraq at quyruğu yaradın. Yaratdığınız at quyruğunu iki bərabər hissəyə bölün və hər ikisini ayrı-ayrılıqda sarıyıb gözləyin. Daha sonra at quyruğunu tamamilə açıb praktik dalğalı saçlara sahib ola bilərsiniz.

3. Estetik at quyruğu modeli


Evdə və ya hər hansı bir yerdə rezin və iki tel bağlayıcı ilə at quyruğu edə bilərsiniz. Bu at quyruğu modelini əldə etmək üçün saçlarınızı rezin ilə yuxarıdan yığın. Sonra boyun qismindəki xırda saçları tel bağlayıcı ilə birləşdirin.

4. Qabarıq at quyruğu modeli


Saçın yarısını eninə bölün və yuxarıdan bir rezinlə yığın. Sonra daraqla qabardıb, yığılmış saçları açın. Nəhayət, o saçları bir az yaydıqdan sonra yuxarıdan at quyruğu düzəldin.

5. Dəvətlər üçün qarışıq praktik saç modeli


Yaxın müddətdə hansısa toy mərasiminə gedəcəksinizsə, bu saç düzümünü 5 dəqiqədə tətbiq edə bilərsiniz. Tel və nazik bir tac taxın. Sonra saçınızı tacın içərisinə itələyin və sərbəst şəkildə bükün. Bununla həm praktik, həm də təbii saç düzümü əldə edərsiniz.

6. Zərif və şıq saç modeli


Yay axşamı gəzintiyə çıxacaq və ya yemək üçün kiçik bir restorana gedəcəksinizsə, bu modeli tez bir zamanda hazırlaya bilərsiniz. Bunun üçün sıx rezin tac taxaraq saçlarınızı düzəldin. Sonra ayırma yerindən iki parça halında yalnız ön saçları götürərək tacın içinə doğru döndərin.

7. Sancaqsız topuz modeli


Qadınların gündəlik həyatlarında ən sürətli və praktik şəkildə düzəldə biləcəkləri saç düzümlərindən biri də sancaqsız topuz modelidir. Əgər yanınızda saç sancağı yoxdursa, əllərinizlə praktik bir topuz edə bilərsiniz.

8. Qabarıq topuz modeli


Təkcə qadınların deyil, kişilərin də gündəlik həyatda ən çox istifadə etdiyi saç düzümlərindən biri də qabarıq topuz modelidir. Bu model praktik saç düzümləri arasında bəlkə də ən çox üstünlük verilənidir.

9. Balıqbeli hörük modeli


Balıqbeli hörük modeli evdə və işdə istifadə edə biləcəyiniz və çox qəşəng görünən saç düzümləri arasındadır. Ən sürətli və praktiki saç modellərindən biri sayılan bu saç düzümünə üstünlük verə bilərsiniz.

10. Düyünlü topuz modeli


Bu, bütün saçları yığaraq içinə doğru düyün ata-ata hazırlanan praktik saç düzümüdür. Qısa müddətdə bu modeli tətbiq edərək saçlarınıza gözəl görünüş verə bilərsiniz.