Təbii yollarla dəriyə qulluq prosesini ev şəraitində etmək mümkündür. Asanlıqla hazırlaya biləcəyiniz maskalarla qısa müddətdə üzünüzündə yaranan sızanaq və ləkələrdən xilas ola bilərsiniz. Bu təbii vasitələr ölü dərinin üzdən xaric olunmasını və yeni sağlam dərinin əmələ gəlməsini təmin edir. Həmin 10 təbii maskanı təqdim edirik.

1. Yoğurt və limon maskası



Dəri problemləri olan hər kəs sızanaq və qara nöqtələrdən xilas olmaq üçün bu maskadan istifadə edə bilər. Bir kasa yoğurta limon suyu sıxıb, bu qarışığı üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Üzünüzü ilıq suyla yuyun.

2. Banan maskası


Bir bananın dörddə bir hissəsi, bir çay qaşığı bal və iki xörək qaşığı yoğurtu qarışdıraraq dərinizə sürtün. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun.

3. Sirkə toniki


Qüsursuz dəriyə sahib olmaq istəyən qadınlar üzlərini sirkə ilə yuya bilərlər. İki stəkan suya bir xörək qaşığı sirkə əlavə edin. Üzünüzü hər gün bu qarışıqla yuyun.

4. Xiyar maskası


Bu tövsiyəmizi yəqin ki, hər kəs həyatında bir dəfə də olsa edir. Xiyarın üzü yumşaltması və rahatlaşdırması məlumdur.

5. Türk qəhvəsi maskası


Qüsursuz və nəfəs ala bilən dəriyə hamı sahib olmaq istəyər. 4 xörək qaşığı qəhvə, 4 xörək qaşığı kakao, 8 xörək qaşığı süd və 1 xörək qaşığı limon suyunu qarışdırıb dərinizə sürtün. Maskanı sildikdən sonra dərinizi ilıq suyla yuyun.

6. Alma maskası


Dərisi quru olanlar üçün alma maskası tövsiyə olunur. Bir almanı rəndədən keçirib içərisinə bir xörək qaşığı zeytun yağı, süd və qaymaq əlavə edərək qarışdırın. Dərinizə çəkin və 20 dəqiqə gözləyin. Daha sonra ilıüq su ilə yuyun. Dərisi yağlı olanlar almanı rəndələdikdən sonra içinə yumurta ağı əlavə edə bilərlər.

7. Bal maskası


Balı üzünüzə sürtüb yarım saat gözləyin. Sonra üzünüzü ilıq su ilə yuyun. Bu prosesi həftədə 2 dəfə təkrarlayın. Üzünüzün qüsursuz dəriyə sahib olduğunu görəcəksiniz

8. Soda maskası


Bir çay qaşığı sodanı bir xörək qaşığı yoğurtla qarışdıraraq üzünüzə sürtün. Quruduqdan sonra pilinq edərək dərinizdən təmizləyin və ilıq su ilə yuyun. Bu maska qara nöqtələrdən xilas olmağa kömək edir.

9. Pomidor maskası


Pomidor tərkibindəki turşular sayəsində dərini təmizləyir və sıxlaşdırır. Pomidor suyunu üzünüzə çəkərək gecə ərzində saxlaya bilərsiniz. Nəticə istənilən səviyyədə olacaq.

10. Sarıkök


Antibakterial xüsusiyyəti olan sarıkök sızanaqları yox etməyi bacarır. 1 xörək qaşığı sarıkökə azacıq su qatın və qarışdırın. Qarışığı üzünüzə tətbiq edin.

Ən yaxşı dəriyə qulluq maskaları

1. Garnier Saf & Təmiz qara nöqtələrə qarşı maska


Ən çox istifadə olunan dəri maskalarından olan Garnier, tərkibindəki kömür sayəsində ideal təmizlik yaradır.məsamələrin açılması və yağlanma probleminin aradan qaldırılması üçün Garnier Saf & Təmiz məhsulunu tövsiyə edirik. Həmçinin, dərini kir və tozdan qoruyur.

2. Neutrogena Skin Detox


Neutrogena markasının bu maskası üzdəki yağı və kiri aradan qaldırır. Məsamələri açan məhsul, detoks təsiri yaradaraq ölü dərinin yox olmasını təmin edir. Bu məhsul sayəsində quru dərinin nəmləndirilməsi təmin olunur.

3. Skinfood Black Sugar


Dərinin ph səviyyəsini balanslaşdıran, qara nöqtələri və ləkələri yox edən bu məhsul gözəl qoxusu ilə diqqət çəkir. Məsamələri açaraq təmizlik yaradır.

4. Caudalie Detox


Bu məhsul gərgin dərilər üçün nəzərdə tutulub. Məsamələrin birləşməsini əngəlləyərək dərinin nəfəs almasına imkan yaradır və qüsursuz bir görünüş təmin edir.

5. Luis Bien Egg White Pore


Yumurta ağı formulu ilə məsamələri açan maska, kir və makiyaj qalıqlarını aradan qaldıraraq ideal təmizlik bəxş edir. Protein tərkibi ilə dərini qidalandırır və dəriyə parlaqlıq bəxş edir.