Evinizə şans və bərəkət gətirmək üçün istifadə edə biləcəyiniz obyektlər ev dekorasiyasının bir hissəsinə çevrilə bilər. Bəzi əşyalar bərəkət, bəziləri uğur gətirir. Bəzi əşyaların evdəki pis enerjini çıxardığına inanılır.

Nar

Nar uzun illərdir bərəkət rəmzi hesab olunur. Nar bununla yanaşı insan sağlamlığı üçün də faydalıdır. Nar formasındakı obyektlərlə evi bəzəmək olar.

Göz muncuğu


Göz muncuğunun insanı pis nəzərlərdən qoruduğuna inanılır. Bilərzik, boyunbağı, sırğa və digər aksesuar formasında da göz muncuqları olur. Göz muncuqları əsasən gözə bənzəyir. Bunun səbəbi həyata yeni gözlə, baxışla baxmaq deməkdir.

Fil


Fillər sadiq və yardımsevər insanlardır. Güclü və dayanıqlı olduqları üçün uğuru təmsil edirlər. İnanca görə ev sahibi olan 7 nəfər ev sahibi olmayan insana fil obyekti alıb verərsə və bu fillər böyükdən-kiçiyə düzülərsə, həmin insan ev sahibi olmaq şansı əldə edəcək.

Həzrəti Fatimənin əli


Bu obyekt həmçinin bilərzik kimi də taxılır. Həzrəti Fatimənin əli sədaqəti və səbri təmsil edir. Bu obyektin həmçinin şans gətirdiyi və nəzərdən qoruduğu deyilir.

Nal


Qapı üzərinə vurulan və girişlərə asılan at nalının uğur və şans gətirdiyinə inanılır.

Element pagoda


Pagoda su, metal, taxta, od və torpağı təmsil edir. Feng Shui fəlsəfəsinə görə kainatın enerjisindən dəstək alıb daha əmin addımlarla irəliləməyə kömək edir.

Jin chan



Jin chan - bərəkət qurbağası bərəkət və pul rəmzidir. Bərəkət qurbağasını qapılara yaxın və ortaq yerlərdə istifadə etmək tövsiyə olunur.