IQ - "Intelligence Quotient" sözünün qısaldılmış formasıdır. Azərbaycanca tərcüməsi "intellekt əmsalı" deməkdir.

IQ səviyyənin ölçülməsi:

Testlərə verilən cavablardan müəyyən olunan intellekt yaşının həqiqi yaşa nisbətini 100-ə vurmaqla IQ dərəcəsini müəyyən etmək olur.

IQ = (İntellekt yaşı / Həqiqi yaş) × 100

Mütəxəssislər ümumi ortaq nəticəyə gəliblər ki:

50% insan 90-110 arası IQ-ə sahibdir;
25% insanın IQ dərəcəsi 110-dan çox, digər 25% insanın isə dərəcəsi 90-dan azdır.
IQ = 100-dən daha çox rast gəlinən nəticələr:
14,5% insanda IQ = 110–120;
7% — 120–130;
3% — 130–140;
0,5 —140-dan yuxarı.
70-dən aşağı IQ dərəcəsi əqli geriliyin sübutudur.

Bu qədər məlumat kifayətdir. İndi testə başlaya bilərsən!