Hər qadının qarderobunda olması lazım olan geyim növləri var. Moda daim dəyişsə də, bu on geyim həmişə aktualdır və heç vaxt dəbdən düşmür.

1- Dəri gödəkçə


Mövsümi keçidlər zamanı çölə çıxarkən geyinə biləcəyiniz geyimlərdəndir. İstifadə etdiyiniz aksesuarlarla şıq və gözəl görünüş qazanmağınıza imkan yaradır.

2- Ağ köynək


İstənilən kombinasiyaya uyğun bir geyimdir. Həm idman stilində, həm də şıq görünmənizi təmin edən ağ köynək hər qadının qarderobunda olmalıdır.

3- Cins şalvar


Cins şalvar gündəlik istifadə üçün uyğun bir geyimdir. Qara və ya mavi cinsə üstünlük verə bilərsiniz. Hündürdaban ayaqqabı və zinət əşyaları ilə rəsmi, idman ayaqqabısı ilə isə idman üslubunda görünüş yaradır.

4- Düz svitşört


Rahat svitşörtlər gündəlik istifadə üçün uyğundur. Təcili çölə çıxmalı olduqda dərhal geyinə biləcəyiniz və sizi soyuqdan qoruyan bir geyimdir.

5- Qara tayt


Sviterlərin və ya cins gödəkçələrin altından geyinə biləcəyiniz qara taytlar sizi qüsursuz göstərəcək. Gündəlik həyatda rahatlıqla istifadə edə biləcəyiniz qara taytları çəkmə və ya idman ayaqqabısı ilə geyinə bilərsiniz.

6- Ağ köynək


Hər şeylə uyğun gəldiyi üçün günün xilaskarı ola bilər. Kombinasiyalara uyğun olaraq idman üslublu və rəsmi görünüş təmin edə bilər. İstəyinizə görə düz və ya naxışlı ətəklər, cins şalvar kimi geyimlərlə birləşdirə bilərsiniz.

7- Cins gödəkçə


Qara və ya mavi cins gödəkçələr hər bir qadının qarderobunda mütləq olmalıdır. Görünüşü ilə xoş ab- hava yaradır.

8- Düz qara paltar


Dəvətlərdə, iş görüşməsində, planlaşdırılmamış şam yeməyində sizi xilas edəcək bir geyimdir. Sizi qüsursuz göstərər və istifadə etdiyiniz aksesuarlarla birlikdə xüsusi şıqlıq yaradar.

9- Qələm ətək


Hər yaşa uyğun olan qələm ətəklər asanlıqla kombinasiya edilir. Dikdaban ayaqqabılarla geyinildikdə cazibədar görünüş yaradır.

10- Şal, şərf


Hər qadının qarderobunda olması lazım olan aksesuarlardan biridir. Geyiminizin üslubunu dəyişdirir və onu tamamlayır. Naxışlı şərflərdən də istifadə edə bilərsiniz.