Zaman elə sürətlə keçir ki, nələrin olub-bitdiyini anlayana qədər çox şeyi nəzərdən qaçırırıq. İçinizdəki heyranlığı, ehtirası kəşf etmək üçün özünüzə bəzi sualları verməlisiniz.

1. Hazırki həyatınız 8 yaşınızdakı xəyallarınızla üst-üstə düşürmü?


Uşaqlar həyatla bağlı ən tərəfsiz və sadə fikirlərə sahibdir. Həmişə uşaqlığınızın verdiyiniz qərarla bağlı nə düşünəcəyini fikirləşin.

2. Uşaqkən hansı peşə sahibi olacağınızı düşünürdünüz?


Yetkin vaxtda uşaqlıqda bizə nələrin ilham verdiyini unuduruq. Çünki məcburən qazanc gətirən peşəni seçirik. Buna görə, uşaqlıqda heyranı olduğunuz peşəni düşünün.

3. Sizə zamanı unutduracaq şey nədir?


Bəzi hobbi olduğunu düşündüyünüz şeylər əslində heyranlığınızın nəticəsidir.

4. Dünyaya özünüzdən nələri əlavə etmək itsəyərsiniz?


Bəzən önəmli olan niyyət yox, nəticədir. Dünyanı dəyişmək istəyirsinizsə, əvvəlcə nə etmək istədiyinizi və bunu necə bacaracağınızı düşünün.

5. Necə xatırlanmaq istəyirsiniz?


Son gününüzün olduğunu düşünün. İndiyədək etdiklərinizlə xoşbəxt olmusunuzmu? Düşünün.

6. Lotoreyada qazansanız nə edərdiniz?


Çox vaxt bizi xəyallarımızdan uzaqlaşdıran maddi vəziyyətdir. Birdən-birə çoxlu pul qazandığınızı düşünün. Onunla nə edərdiniz?

7. Bir arzu şansınız olsaydı nə arzulayardınız?


Gündəlik qayğılar xəyallarınızdan imtinaya səbəb ola bilər. Özünüzə sevdiyiniz şeyləri etmək üçün zaman ayırın.

8. Hansı üslubda kitab oxumağı və araşdırma aparmağı sevirsiniz?


Cari işlər şəxsi maraq dairənizə əngəl yarada bilər. Ona görə kitablara, araşdırmalara diqqət ayırın.

9. Qazancı olmayan hansı işi görə bilərsiniz?


İnsanlar pulsuz yaşaya bilməzlər. Nələri etməyi yoşladığınızı müəyyənləşdirib bu yolda addımlayın.

10. Ən çox arzuladığınız şey nədir?


Bu sualı cavablandırmaq başqalarında heyranı olduğunuz cəhətləri ortaya çıxarır. Əskik tərəflərinizi tapa bilərsiniz.

11. Bu gün sizi xoşbəxt edən nələri reallaşdırmısınız?


Sizi irəli aparacaq nələri etdiyinizi müəyyənləşdirin.

12. Başqalarında ən çox sevdiyiniz xüsusiyyətlər hansılardır?


Bəzən başqasıyla ortaq xarakterlərinizi sevirsiniz. Əgər belə xüsusiyyətiniz yoxdursa, onu yaratmağa çalışın.

13. Sevdiyiniz nəyəsə görə pullarınızı və duyğularınızı riskə atarsınız?


Bu, ən vacib suallardan biridir. Əgər cavabınız "hə"dirsə, deməli, həyatınız sizi tam qane etmir.

14. Ətrafınızdakı insanlar həyatınızla bağlı verdiyiniz qərarlara görə narahat olurlarmı?


Əlbəttə, qərarlarınız başqalarının düşüncələrinə bağlı olmamalıdır. Lakin ətrafınızdakılar bu qərarlara görə narahat olurlarsa, bir daha düşünün.

15. Səhər oyanarkən özünüzü necə hiss edirsiniz?


Əgər bu gün edəcəklərinizlə bağlı həyəcansız və nagüman görünürsünüzsə, deməli, sizi xoşbəxt edən işlə məşğul deyilsiniz.

16. Özünüzlə qürur duymağınızı təmin edən şeylər nələrdir?


Əgər indiyədək gördüyünüz işlərə görə özünüzlə qürur duyduğunuzu anlayırsınızsa, bütün bacarıqlarınızı ortaya çıxara biləcəyiniz bir iş tapa bilərsiniz.

17. Özünüzlə baglı ən çox sevdiyiniz xüsusiyyətlər hansılardır?


Bunu müəyyən etmək vurğunluğunuzu tapmaq yolunda mühüm addıma çevriləcək.

18. Əsla uğursuz olmayacağınızı bilsəydiniz, nə etmək istəyərsiniz?


Uğursuzluq qorxusu nələrisə etməyinizə mane olur. Hər zaman etmək istədiyinizi, lakin uğursuz olmaq qorxusuyla etmədiyiniz şeyləri düşünün.

19. Geri qayıda bilsəydiniz, nələri dəyişdirərdiniz?


Həyatda nələri dəyişdirib-dəyişdirməmək istədiyinizi müəyyənləşdirin.

20. Həyatınızı başqasıyla paylaşdığınızı düşünə bilirsiniz? Bu sizin üçün nə qədər keçərlidir?


Bir çox film və kitablar bizə yetkin insanların ən böyük məqsədinin evlənmək, övlad sahibi olmaq olduğunu göstərir. Bunu istəyənlər də var, istəməyənlər də. Nə etmək istədiyinizi düşünün.

21. Özünüzü məğlubedilməz hiss etmək üçün etdiyiniz əməl hansıdır?


Hamımız nələrisə bacarırıq. Bunu düşünün və hansı işin xəyallarınızı reallaşdırmaq üçün sizə ilham verdiyini tapın.

22. Ən böyük qorxunuz nədir?


Ən böyük qorxunuzu tapın və onu necə yenə biləcəyinizi düşünün.

23. Davamlı olaraq ağlınıza gələn fikirlər varmı?


Təkrar-təkrar düşünməyə nə lüzum var? Artıq hərəkətə keçmək vaxtıdır.

24. Ən çox nəyə görə təqdir olunursunuz?


Bunlar sizi xüsusi edən özəlliklərdir. Bunun gələcək planlarınızın arasında yer alıb almayacağını düşünün.

25. Özünüzü yaxın 5 ildə harada görürsünüz? Nəyi dəyişdirmək istəyirsiniz?


Böyük planların həm xeyri, həm də zərəri ola bilər. Xoşbəxt olub olmadığınızı, bu yolda nələri etdiyinizi düşünün.