Hindistan əhalisinin sayının 1,3 milyard olduğu təxmin edilir. Əhali sayına görə Çindən sonra ikinci yerdədir. Bəli, bu ölkəni fərqli dinlərin, dillərin və mədəniyyətlərin bir yerdə olduğu yerdir. Vaxtilə müsəlmanların nəzarəti altında olan bu ölkə sonradan İngiltərə müstəmləkəsi olub. İndi isə müstəqil dövlətdir. Hindistan fərqli, özünəməxsus ölkədir.

Əhalinin son siyahıya alınmasına görə Hindistanda inanılan dinlər:

  • Hinduizm 80 %
  • Müsəlman 13,5 %
  • Xristian 2.3 %
  • Sihizm 1.9 %Buddizm 0.7 %
  • Qeyri-müəyyən 0,6 %
  • Ateizm 0,5 %

Hindistanda mövcud olan əsas dinlər

1. Hinduizm


Hindistanda ən çox yayılmış inancdır. Baxıldığı zaman, Hinduizm bir dindən daha çox ənənələrə və həyat tərzinə qarışan bir ideologiyadır. Təkallahlı bir din olmayan Hinduizmin əksəriyyətin inandığı 3 böyük tanrısı var. Bunlar Rama, Şiva və Vişnudur və bunların xaricində fərqli tanrılarla bağlı inanclar var. Hindistanda günəşə, aya, çaylara, dağlara, meymunlara və inəklərə böyük əhəmiyyət verilir.

2. İslam


Hindistanda bir çox din bir yerdə yaşadığı üçün bir-birinin inancına hörmət ən yüksək səviyyədədir. Müsəlmanların ibadətlərindən biri olan qurban, Hindistanda inək yerinə başqa heyvanları kəsərək edilir. İslam Hindistana Qazeli Mahmudun səfərləri ilə yayılıb. İndoneziya və Pakistandan sonra ən çox müsəlman sayına sahib üçüncü ölkədir.

3. Sihizm


Sihizm Hindistan tarixində siyasi və hərbi baxımdan əhəmiyyətli bir yerə sahibdir. Bu dinə inananlar Hinduizmi və İslamı rədd edir və təlimlərin birbaşa tanrıdan gəldiyini iddia edirlər. Onlar 5 pisliyin olduğunu bildirirlər: qo, şəhvət, hirs, ehtiras və maddi bağlılıq. Tanrının bir insan olduğunu düşünmürlər, amma hər kəsin tanrının oğlu olduğunu düşünürlər. Kəsilməmiş saçları və saqqalları və öz geyimləri ilə asanlıqla fərqlənirlər.

4. Buddizm


Hinduizmin bir qolu olan Buddizm Asiyanın əksər hissəsinə yayılıb. Bu inancın iki əsas qaydası var: heç bir şey təsadüfi deyil və hər şey təbiətin gücü ilə yanaşı, davamlılıq prisnsipidir. Davamlılıq prinsipinə görə, bəzi dəyişikliklər digərlərindən daha uzun çəksə də, hər şey sonsuz bir dövrdə dəyişə bilər.

Oxşar digər məqalələrimiz: