Saxtakar, ikiüzlü insanlara aid ən kəskin sözləri bir araya toplamışıq. Onları sizə təqdim edirik.

1. Özün haqqında danışmamaq çoxtərəfli ikiüzlülükdür. - Friedrich Wilhelm Nietzsche


2. İçimizdə iki cür əxlaq var; onlardan biri danışdığımız, amma tətbiq etmədiyimiz, digəri isə tətbiq etdiyimiz, amma danışmadığımız əxlaqdır. - Bertrand Russell


3. İkiüzlü insanlar həmişə diqqət görərlərl, dəliqanlı insanlar isə yalnız yaşayarlar. Unutma, ucuz malın alıcısı çox olar.

4. İkiüzlünün dilində dad, qəlbində isə fəsad gizlənib. - Özdemir Asaf


5. İkiüzlü insan bazar dəzgahı kimidir, öndə yaxşılar, arxadasa çürüklər.

6. Üzsüzdür insanoğlu, kimsə bilməz fəndini, kimə yaxşılıq etsən, ondan qoru özünü. - Mehmet Akif Ersoy


7. Üzünə tüpürmək istədim, amma hansı üzünə tüpürəcəyimi bilmədim.

8. Mən insanın digər üzünü gördükdə əvvəlkini xatırlamıram. - Paul Auster

9. Bəziləri bir üzlə kifayətlənməyib özlərinə yeni üzlər tapıblar. Nə deyək, ikinci üzləri xeyirli olsun.


10. Qəribədir, üzünə gülən və dost sandığın insanlar, əslində, arxandan danışacaq qədər üzsüzdürlər.

İkiüzlü dostun olmaqdansa, dəliqanlı düşmənin olsun. Dostun kimi arxandan deyil, düşmənin kimi alnından vursun.

İkiüzlü insanları sevməyə başladım, yaşadıqca iyirmi üzlü insanlar gördüm. - Mehmet Akif Ersoy


İkiüzlü insanlarla dostluq etmək çətindir. Bir gün üzünə gülərlər, başqa gün səni görməzdən gələrlər.

Qəlbinizi tez-tez mühakimə edin ki, içində ikiüzlülük, kin, küdurət yığılıb qalmasın. - Muhammed Bozdağ


Hər hansı bir maska taxmayanda hər dostumuz üçün fərqli bir üzümüzün olduğunun fərqindəyik. - Oliver Wendell

Bütün dəyərlərin cəlladı olan yalanı çıxaran bir ağızın digər dəyərləri özünə saqqız etməsi ən böyük ikiüzlülükdür.


İkiüzlü insan, xarakteri oturuşmamış, şəxsiyyəti inkişaf etməmiş, döngün insandır.

İkiüzlülük, içimizdəki eyibin çölə çıxmasıdır. - Norman MacDonald

Sən iki üzün olduğuna görə qürur duya bilərsən. Amma mən sənin kimi ikiüzlü olmaqdansa üzsüz olaram.


İkiüzlülük hər iki tərəfi kəsən qılınca bənzəyir. Bir tərəfi aldatdığı insanı, digər tərəfi isə öz sahibini kəsir. - Cervantes

Bu dünyada şərəflə yaşamağın ən əsas yolu olmaq istədiyin kimi davranmaqdır. - Sokrat


İnsanlar göründükləri kimi olmalıdır. Əgər elə deyillərsə, heç görünməmələri daha yaxşıdır. - William Shakespeare

Bəzi insanlarla üzləşmək çətindir, haqsız çıxarsan. Çünki onların qalib gələcəkləri daha bir üzləri var. - Bernard Shaw


Mən yaxşı olub, pis görünmək istəyənlərə də "ikiüzlü" deyirəm. - Oscar Wilde

İkiüzlü insanlar özlərini güzgüdə necə görürlərsə görsünlər, həqiqət onların hər iki üzünü ortaya çıxarar.


İkiüzlülük və pis dost vəhşi bir məxluqdan daha çox qorxuludur. Vəhşi məxluq bizi yaralaya bilər, pis dost isə ağlımıza zərbə vurar. - Budda

Hərdən gerçək üzündən də istifadə etməyi unutma, yoxsa onu tamam unudarsan.


İki cür insan var: zaman keçdikcə səhvləri ilə üzləşən və zaman keçdikcə üzsüzləşən. - Necip Fazıl Kısakürek

İnsanlar ikiüzlüdürsə, çalışın onların heç bir üzünə inanmayın.