İnsanlar planetimizə ciddi təsirlər göstərirlər. Bu təsirlər pis nəticələrə səbəb olur. Ekologiyanın, havanın çirkliliyi durmadan artır. Bu isə daha qorxulu hadisələrə zəmin yarada bilər. İnsanların təbiətini korladığı 8 şəhəri təqdim edirik.

1. Haiti

Bu foto dünyanın ən kasıb ölkələrindən biri olan Haitinin Port-au Prins şəhərində çəkilib. Evlər az qala iç-içə tikilib. Yer örtüyünü görmək çətindir.

2. Nyu-Dehli


Hindistanın Nyu-Dehli şəhəri də böhranla üz-üzədir. Şəhərdə həm də ekoloji gərginlik yaşanır. Burada 25 milyondan artıq əhali yaşayır və demək olar ki, bütün yaşıllıqlar məhv edilib.

3. ABŞ


Los-Ancels yol-nəqliyyat problemi və dumanı ilə məşhurdur. Bu şəhərin ehtiyacını qarşılamaq üçün təbii qaynaqlar sürətlə tükədilir.

4. Banqladeş


Banqladeşdə bir yanacaq məntəqəsinin yaxınlığına çəkilən bu foto hər şeyi ortaya qoyur. Bəzi ərazilər dünyaya zərər verməklə bağlı xüsusən isrardlıdırlar. Belə yerlərdə bu mövzular ciddiyə alınmasa, həyatda qalmaq çətin olar.

5. Kanada


Kanada gözəl təbiəti ilə tanınır. Lakin bu foto bir istisnadır. Ağır qurğular ətrafı çirkləndirir. Kanada vədigər ölkələrdə yanacaq kimi istifadə edilən benzin də təbiətə xüsusi zərər verir. Bu fotoda görünənlər vacib mesajlar verir.

6. Oreqon


Oreqondakı bu meşə vəhşətini baxmaq iztirablıdır. Meşəsizləşdirmə layihəsi ərazidə inşa ediləcək bənd üçün təşkil olunub. Bir bənd üçün təbiətə bu qədər ziyan vurulub.

7. Kolumbiya


Bəzi şirkətlər illər ərzində meşəsizləşdirmədən böyük mənfəətlər əldə edirlər. İnsanlar ağacların bərpa olunan qaynaq olduğunu düşünürlər, ancaq bunun qarşısını aldıqdan sonra bu cür düşünmək də qeyri- ciddilikdir.

8. Rusiya


Fotodakı böyük dəlik Rusiya olan ən böyük almaz mədənlərindən biridir. Görünən odur ki, insanlar yerin səthindəki sərvətlərlə kifayətlənməyib, yeraltı sərvətləri də ələ keçirmək üçün belə əməllərə əl atırlar.