Əgər İstanbulada gözəl tətil günləri keçirmək istəyirsinizsə, buranın ən görməli yerlərində olmalısınız. İstanbulda əylənmək və xoş vaxt keçirmək üçün ən gözəl yerləri təqdim edirik.

1. Şile


Şileyə yazın ilk günlərindən getmək daha məqsədəuyğundur. Həftə sonları izdihamlı ola bilər. Sakit və hüzurlu bir tətil istəyənlər üçün ideal məkandır.

2. Anadolu Kavağı


Anadolu Kavağı, İstanbuldan yarım saatlıq məsafədə olan çox sevimli bir kənddir. Yoros qalasına qalxaraq gözəl təbiətdən zövq ala bilərsiniz.

3. Avşa Adası


İstanbuldan 2 saat yarımlıq məsafədə yerləşir. Tətil üçün bura gedə bilərsiniz. Möhtəşəm dəniz və təbiəti ilə İstanbula yaxın ən gözəl tətil yerlərindən biridir.

4. İynə adası


Trakya incisi olaraq bilinən İynə adası möhtəşəm çimərliyi və dənizi ilə sizə misilsiz tətil fürsəti təqdim edir.

5. Kilyos


Yazı Kilyosda keçirin və təbiətindən zövq alın. Kilyos qalasını mütləq görməlisiniz.

6. Kıyıköy


Kırlarelinin bölgəsidir. Küçələrdəki iki mərtəbəli taxta evlər və sahilədək uzanan yollar könül oxşayır.

7. Polonezköy


Yaşıllığı və ləziz yeməkləri olan restoranları ilə alternativ tətil yerlərindən biridir.

8. Sapanca


Sapanca gölündə əzəmətli ağaclar, quşların civiltisi və azadcasına ora-bura qaçan qazlar arasında tətil keçirə bilərsiniz.

9. Silivri


Silivri İstanbulda dənizə getmək üçün ən yaxın yerdir. İstanbulun yay havalarından bezmisinizsə, özünüzü Silivrinin sərin sularına ata bilərsiniz. Bura İstanbulun digər yerlərindən asanlıqla gəlmək olar.

10. Riva


Dənizi və təbiəti ilə bir çox insanı ovsunlayan Riva, İstanbula yaxın piknik edə biləcəyiniz bölgədir. İlk fürsətdəcə Rivaya tətilə gedin.

11. Poyrazköy


Ən gözəl mənzərəli yerlərdən biri olan Poyrazköy, yazda daha möhtəşəm olur.