Evinizə kiçik it gətirmisiniz? Onu necə öyrətməyi bilmirsiniz? Bu məqaləni oxumaqla bəzi alayışları öyrənə bilərsiniz. Köpəyin düzgün təlim görməsi siz və ətrafınız üçün vacibdir. İtlərə təlim keçməyin üsullarını təqdim edirik.

1. İnsanlarla mehribanlaşdırın


İtləri körpəlik vaxtından etibarən insanlara öyrəşdirmək lazımdır. Pitbull, Dogo Argentina, Rottweiler və Doberman kimi güclü it cinsləri küçük vaxtlarından etibarən sosial həyata adaptasiya olduqları təqdirdə insanlar və digər ev heyvanlarına qarşı son dərəcə şəfqətli, mülayim davranırlar.

2. Əsas itaət təlimi verin


Öz-özlüyünə böyüyən itlər sahiblərinə və digər ev heyvanlarına qarşı son dərəcə aqressiv davranış nümayiş etdirə bilərlər. Xüsusilə ev həyatına uyğun bir it yetişdirmək istəsəniz, əsas itaət təlimi son dərəcə vacib olacaq. Bu təlim köpəyinizin sizə sadiq qalacağını və qaydalarınızdan kənara çıxmayacağını təmin edəcək.

3. Düzgün təlim dostluq yaradır


Xüsusilə böyük it cinsləri, uyğun sosiallaşma mühitinə daxil edilmədiyi təqdirdə aqressiv davranışa sahib olur. Akita, Alabay, Kangal və Boxer cinsləri küçük vaxtlarından etibarən öyrədildikdə son dərəcə sevgi dolu və səmimi ola bilirlər.

4. Qaydalarınızı öyrədin


Köpəyiniz hər zaman istəklərinə uyğun hərəkət edərsə, bu sizə və ətrafınıza böyük narahatlıq gətirər. Müvafiq təlim alan it cinsləri səlahiyyətin sahiblərində olduğunu anlayırlar. Səlahiyyət, köpəyinizin davranış və hərəkətlərini araşdıraraq istəklərinə qarşı doğru qərarlar vermə meylidir. Unutmayın ki, köpəyinizin sizə qarşı münasibətinə hər zaman hörmət və məhəbbətlə yanaşmalısınız.

5. Yaxşı davranmağı öyrədin


Köpəyinizə qarşı səbrli, sevgi dolu və mehriban olmağı unutmayın. Bir ev heyvanına sahib olmaq, ona qarşı qeyd-şərtsiz sevgi tələb edir. Kiçik dostunuzun sizə və ətrafına optimist yanaşması üçün düzgün öyrədilməsi gərəkdir. Peşəkar təlimçiyə müraciət edə bilərsiniz.

6. Ev həyatına alışdırın


Evinizdə ailə həyatı üçün uyğun davranışlar sərgiləmək və bu ailəyə aid olduğunu hiss etmək itiniz üçün ən vacib addımlardan biridir. Küçüklükdən etibarən keçdiyi təlim onun bəzi rejimlərə də uyğunlaşdıracaq.

7. Uyğun yaşayış sahəsi hazırlayın

Evinizə daxil etdiyiniz köpək üçün uyğun bir yaşayış sahəsi yaratmaq həm sizin, həm də kiçik dostunuz üçün son dərəcə vacibdir. Köpəyinizin ailənin bir hissəsi olduğunu bilməlisiniz. Köpəyiniz üçün yataq, yemək və oyun sahəsi hər dəfə özünü təhlükəsiz hiss etməsinə kömək edəcək.

8. Sosiallaşdırın



İtinizi fərqli etnik mənşəli və demoqrafik xüsusiyyətlərə sahib fərqli insanlarla tanış edin. Doğru bir it təliminin ən əsas qaydası sosialaşmadır. Kiçik dostunuzla etdiyiniz bütün fəaliyyətlərin sonunda ona ən sevdiyi ləzzətli qidanı verərək qəlbini fəth edə bilərsiniz.

9. Əmr təlimi verin


İtinizə əmr verin və anlaya bilməsi üçün istiqamət göstərin. Bu “otur, qalx, qaç, bura gəl” kimi ola bilər. Küçüklər bu əmrləri anlamağa çətinlik çəkirlər. Buna görə düzgün təlim vermək əsas şərtdir.

10. Heyvanlara uyğunlaşdırın


Köpəklərin digər ev heyvanlarını və insanları dişləməsinin əsas səbəbi, onların küçükləkdən etibarən digər heyvanlara uyğunlaşdırılmamasıdır. Həftədə bir neçə dəfə digər itlərlə vaxt keçirməsini təmin edin. Düzgün inteqrasiya üçün 8-dən çox qrupa daxil etməməyinizə diqqət yetirin.

11. Aqressivlikdən uzaq saxlayın


Köpəyinizi körpəlikdən təlim mərkəzinə vermək daha məqsədəuyğundur. Nəzarətsiz və səhv böyüdülmüş köpəklər daha aqressiv olurlar. Ona “yox” sözünün anlamını öyrədin.

12. Etibarını qazanın


Köpəyinizlə etməyiniz ilk şey onun etibarını qazanmaqdır. Kiçik dostunuzla yaxşı bir bağ yaratmaq və yaxşı bir münasibət qurmaq son dərəcə vacibdir. Digər məqam köpəyə necə sakit qalmağı öyrətməkdir. Onunla mehriban və səbirli rəftar etmək onun özünü ifadə etməsini asanlaşdıracaq.

13. Yemək təlimi verin


İtlərdə qida təlimi göstərilən səylər və əmrlər sayəsində qazandırılır. Elə öyrətməlisiniz ki, öz yemək saatını bilsin və sizin yemək vaxtınızda narahatlıq yaratmasın. Öz qaydalarınızı köpəyinizə ən qısa müddətdə öyrətməlisiniz.

14. Yeni şeylər kəşf etməsinə icazə verin


İtlər yeni şeylər kəşf etməyi sevirlər. Xüsusilə köpəyinizlə gəzinti zamanı ətraf mühiti araşdırmalarına icazə verməlisiniz. Anlayışlı, pozitiv və səbirli davranışla itinizi öz qaydalarınız çərçivəsində nəzarət altında izləyə bilərsiniz.

15. Yalnız qalmağı öyrədin


Evdə tək qalan itlər hürmək, ulamaq kimi davranışlar sərgiləyirlər. Bu kimi vəziyyətlərdə hər zaman səbirli və anlayışlı olmalısınız. Evdən çıxmağınızı dramatikləşdirmək əvəzinə, bunun adi bir vəziyyət olduğunu göstərməlisiniz. Digər tərəfdən, təklik zamanı evə zərər verən köpəyinizi danlamaq və incitmək əvəzinə, ona yaxın dost olduğunuzu xatırlatmalısınız.

16. Oyunlara daxil edin


Köpəklər üçün oyun və təlim həm fiziki, həm də zehni sağlamlığın inkişafında böyük rol oynayır. Günün müəyyən vaxtlarında it oyunları və it təlimi kiçik dostunuzu sevindirməklə yanaşı, sizə olan sədaqətini də artıracaq. Əvvəlcə köpəyinizin hansı oyunları sevdiyini anlamağa çalışın. Gizlənmək, tullanmaq, üzmək kimi fəaliyyətlər bunlara aiddir.

17. Mütəmadi olaraq baytar nəzarətindən keçirin



18. Xalta taxmağa vərdiş etdirin


Köpəklərə xalta taxmaq olduqca vacibdir. Xüsusən itinizə çölə çıxarkən xaltada olması lazımdır. Çənələri güclü olan bəzi itlər üçün ağız qoruyucusu taxmaq da məqsədəuyğundur. Xalta ilə boyun arasında boşluq olmalıdır.

19. Keyfiyyətli it yeməyi ilə qidalandırın


İtin sağlam həyat sürməsi üçün ən əsas qayda düzgün və nizamlı qidalanmasıdır. Küçüklərə və yetişkin itlərə ayrı-ayrı qidalar verilməlidir. Artıq çəkili itlər üçün pəhriz qidaları tövsiyə olunur.

20. İtlərə qulluğa diqqət yetirin


Peşəkar xidmət göstərən "Heyvan Bərbər Mərkəzi" köpəyinizi hər zaman rahat hiss etdirəcək. İsti havalarda itlərin uzun, sıx tükləri onlara narahatlıq verir. Təmiz bədən sağlam bir ruh üçün qida olacaq.

21. Peşəkar it təlimi mərkəzindən kömək alın


Köpəyinizin düzgün ünsiyyət üçün öyrədilməli olduğunu unutmayın. Sosiallaşma təlimi peşəkar it təlimi mərkəzləri tərəfindən təmin edilməlidir. Təlimçi tərəfindən görülən iş köpəyinizin özünə inamını artıracaq, sizə və ətrafına qarşı sevgi dolu rəftar nümayiş etdirməsinə səbəb olacaq.