Qadınlar bütün dünyada diqqəti cəlb edən və kişiləri öz gözəllikləri ilə ovsunlayan varlıqlardır, lakin bəzi hallarda kişilər qadınlardan uzaqlaşmaq üçünyol axtarırlar.
Bir qadın başqa bir qadında bir çox həssas detalları tapa bilər, ancaq bu durum kişilər üçün eyni deyil.

Kişilərin xoşagəlməz hesab etdiyi detalları araşdırmışıq.

Xanımlar, diqqət edin! Bu siyahını yaxşı oxuyun və göstərilən səhvlərdən uzaq olun.

Kişilərin qadınlarda nifrət etdiyi 15 hal

1. Həddindən artıq makiyaj


Qızlar, bu tamamilə artıqdır. Bir kişi üçün makiyaj edirsinizsə, bundan əl çəkin. Kişilər təbiiliyi sevirlər.

2. Qeybət etmək


Hər şeyə burnunu soxmaq təkcə kişilərin yox, hamının sevmədiyi xüsusiyyətdir.
Qeyd: Bəzən kişilərin qeybət etdiyinin şahidi ola bilərsiniz. Yenə də siz etməyin.

3. Dəyişkən əhval-ruhiyyə


Eyni anda gülən, ağlayan qadını başa düşmək mümkün deyil.

4. Pis qoxulu nəfəs


Ən vacib məqamlardan biri də budur.

5. Fərdi gigiyena


Təbii olun, amma bu, belə qaydalara riayət etməmək anlamına gəlmir.

6. Fərqli üslub


Fərqli olmağa çalışdıqca daha çox qeyri-təbii görünürsünüz.

7. Bədən göstərmə səyləri


Bəli, bu, hər kişinin diqqətini çəkir, amma çoxları buna nifrət edir. Bədəni yataq otağında göstərmək tövsiyə olunur.

8. Pis təraş olunmuş bədən


Liseydə direktor sizi kənara çəkib “saqqalını qırx” desəydi, bu detal siyahımızda yer almazdı. Allah xatirinə, texnologiya çox inkişaf edib, lazer adlı bir şey var...

9. Taxma kirpik və parik saçlar


Saçlar sarı, qaşlar qara, kirpiklər saxta, tujlar, makiyajlar... Lütfən, ifratına getməyin.

10. Tünd-qara dodaqlar


Tamamilə iyrənc görünür. İnsanların sizdən uzaq durmasını istədiyiniz zaman bunu edə bilərsiniz.

11. İfrat həddə ətir vurmaq


Elə qadınlar var, birdəfəyə ətir şüşəsini yarısınadək boşaldırlar. Belə etməyin, başqalarını da düşünün.

12. Böyük çərçivəli günəş eynəyi


Maraqsızdır. Bəzi modelləri lap ağcaqanadı xatırladır. Qoyun üzünüzün gözəlliyi görünsün.

13. Uzun dırnaqlar


Tamamilə lazımsızdır. Niyə belə edirsiniz?

14. Yüngülxasiyyət olmaq


Kimsə bu cür insanı sevməz. Həddinizi aşmayın.

15. Özünə vurğunluq


Hər şeyi bildiyini düşünən, amma heç nə bilməyən qızlar...

BONUS

Çox danışmaq


Bu, siyahının ən vacib maddəsidir. Sürətinizlə ayaqlaşmağın mümkün olmadığı məqamlar var. Radarsız yolda qaza basan sürücü kimi aparmayın özünüzü.