Qadınların hər zaman yanında olan makiyaj çantasında nələrin olması ilə bağlı incələmə aparmışıq. Bəs makiyaj etmək və ya yeniləmək üçün hansı məhsullara ehtiyac var? Bir qadının makiyaj çantasında olması vacib oan məhsullar aşağıdakılardır.

Makiyaj çantasının məzmunu şəxsi üstünlüklərə və ehtiyaclara görə dəyişə bilər, lakin ümumiyyətlə, makiyaj çantasının içərisində olması lazım olan əsas əşyalar bunlardır:

1. Pudra


Qadın makiyaj çantalarında olması lazım olan məhsullardan biri də pudradır. Üzünüzdəki makiyajı düzəltmək və məhsulların sızmasını qarşısını almaq üçün istifadə olunur. Üzün daha gözəl görünməsini təmin etdiyi üçün xüsusən yağlı üz dərisi olan insanların mütləq istifadə etmələri məsləhət görülür. Makiyajın qalıcılığını artırmaq və dərini tutqunlaşdırmaq üçün istifadə olunur.

2. Göz qələmi


Makiyaj çantasındakı əvəzolunmaz məhsullardan biri də göz qələmidir. Göz qələmi ilə edilən makiyaj sayəsində gözlər daha qabarıq görünür. Gözlərin daha dolğun və cəlbedici görünməsi üçün çox faydalıdır. Göz qələmləri rənginə görə dodaqlar və qaşlarda da istifadə edilə bilər. Göz ətrafına xətt çəkmək və ya gözləri vurğulamaq üçün istifadə olunur.

3. Tuş


Tuş, yorğun səhərlərdə solğun görünməmək üçün mükəmməl bir məhsuldur. Eyni zamanda, kirpiklərinizin uzun və sıx görünməsi üçün istifadə edə biləcəyiniz tuş, makiyaj çantanızda mütləq olmalılar arasındadır.

4. Ənlik


Makiyaj çantasında əsla əskik olmamalı məhsuldur. Məsələn, almacıq sümüklərində çıxıntılar olduqda ənliklə bunu daha gözəl formaya salmaq olar. Ancaq aşırı dərəcədə parlaqlıq olmamasına diqqət etməlisiniz. Ən vacib praktik makiyaj məhsullarından biridir. Yanaqlara rəng və canlılıq vermək üçün istifadə olunur.

5. Qapatıcı


Göz altındakı tünd rəngləri örtməkdə xüsusilə təsirli vasitədir. Gündəlik makiyajla yanaşı, böyük tədbirlərdə də sizə kömək edəcək. Azacıq istifadə ilə böyük işlər görən bu məhsulu çantanızda daşımaqda fayda var.

6. Qaş qələmi


Üzün gözəlliyi üçün gözlərin, yanaqların və kirpiklərin təsiri qədər qaşların da təsiri vacibdir. Qaş qələmi sayəsində qaşları incə və ya boşluqları olanlar bu boşluqları doldura və daha hamar, dolğun qaşlara sahib ola bilərlər. Qaş qələmi tətbiq etməzdən əvvəl qaşlar daraqla düzəldilməlidir.

7. Dodaq qələmi


Qadının həm gözəl, həm də seksual görünməsini təmin edən dodaqlar üçün can qurtaran bir məhsuldur. Dodaq boyasının dağılmasının qarşısını almaq üçün dodaq qələminə ehtiyac yaranır. Dodaq boyası çəkmədən əvvəl dodaq qələmindən istifadə etməlisiniz.

8. Dodaq boyası


Parlaq və dolğun dodaqlara sahib olmaq hər qadının arzusudur. Buna nail olmaq dodaq boyası ilə mümkündür. Sadə olan üzü ortaya çıxaran və daha seksual görkəm verən dodaq boyası əsas vacib məhsullarındandır.

9. Eyeliner


Göz layneri göz makiyajı üçün əvəzolunmaz bir makiyaj materialıdır. Layneri sevirsinizsə, mütləq çantanızda saxlayın. Unutmayın ki, aldığınız məhsullar keyfiyyətli və faydalı olmalıdır!

10. Göz kölgəsi


Gün ərzində təravətli və hamar bir üzə sahib olmaq istəməzsinizmi? Göz qapaqlarını daha canlı və rəngarəng edəcək kölgələrlə həm adi, həm də xüsusi günlərdə ecazkar bir görünüşə sahib ola bilərsiniz. Gözə kölgə vermək, gözlərinizdəki hər bir qüsuru örtmək qabiliyyətinə malik bir məhsuldur. Yer tonlarında sadə bir makiyajda və ya rəngli tonların üstünlük təşkil etdiyi bir makiyajda istifadə edə bilərsiniz.

Makiyaj fırçaları və süngərlər: Makiyaj məhsulları tətbiq etmək üçün lazım olan alətlər.

Makiyaj təmizləyici və ya makiyaj təmizləyici salfetlər: Makiyajı təmizləmək üçün istifadə olunur.

Dəriyə qulluq məhsulları: Nəmləndirici, günəş kremi və ya primer kimi dəriyə qulluq məhsulları makiyajın altına və ya üzərinə tətbiq oluna bilər.

Dırnaq boyası və ya dırnaq baxım məhsulları: Dırnaqlara forma vermək və ya rəngləmək üçün istifadə olunur.