Qara lent əsasən yas, matəm mərasimlərində istifadə olunur. Qara lentin böyük anlamı var. Qara lentlə bağlı lazımi məlumatları təqdim edirik.

Matəmdə qara lent bağlanmasının səbəbi


Matəm zamanı, hər hansı faciəvi hadisə baş verdikdə sosial şəbəkələrdə qara lent fotosu paylaşırıq. Hərdən televiziya kanallarında da ekranın hər hansı hissəsində qara lent yerləşdirilir.

Qara lentin anlamı

Qara lent insanın yas saxladığına işarədir. Lentin rənginin məhz qara olmasının da bir səbəbi var. Araşdırmalara görə, qara lent yəhudilərə aid ənənədir.


Yəhudi adət-ənənələri arasında vəfat xəbəri alan insanın geyimindən bir parça qoparması əks olunub. Yəhudi ortodoksal kişiləri paltarın ürəyin üzərinə düşən hissəsini kəsirlər. Ortadoksal olmayanlarsa qalstuklarını kəsirlər və ya düymələrinə qara lent taxırlar. Matəm saxlayanlar paltarlarını cənzaədən əvvəl və ya bitdikdən sonra cırırlar. Uşaqların buna riayət etməsi vacib deyil. Qara lent dünyaya bu formada matəmin rəmzi kimi yayılıb.