Mədə yırtığı adətən 50 yaşdan yuxarı insanlarda görülən və irəlilədiyi təqdirdə reflüyə səbəb ola bilən ciddi bir sağlamlıq problemidir. Mədə yırtığı həyati təhlükəsi olan bir xəstəlik olmasa da, heç də kiçik problem sayılmır. Mədə yırtığı problemi olan insanlarda aşağıdakı simptomlar müşahidə olunur:

Turşuma hissi

Yanma hissi

Mədədən yüksələn turşuma və yanma hissi; mədə yırtığının əlaməti olsa da, bu simptomlar bəzən reflü ilə qarışdırılır.

Mədə yırtığının tam diaqnozu üçün endoskopiyaya üstünlük verilir.


Mədə yırtığını təyin etdikdən sonra mədə yırtığına nə xeyirdir sualının cavabını aydınlaşdıraq.

Mədə yırtığı üçün nə etmək lazımdır?

Hər gün təzə sıxılmış kök suyu içmək mədə yırtığına yaxşı təsir göstərir. Daim ağızlarından acı su gələn mədə yırtığı xəstələri bu problemdən xilas olmaq üçün səhər yeməyindən sonra 1 çay qaşığı çörəkotunu 1 çay qaşığı bal ilə qarışdırıb yeyə bilərlər. Mədə yırtığına faydalı olan başqa bir üsul isə qaynadılmış ağ kələm suyu ilə hazırlanmış qarışıqdır. Kələm suyunu bal ilə şirinləşdirib içə bilərsiniz, balı meyvə suyu ilədə əvəzləmək olar.

Mədədən artıq turşuları çıxarmaq üçün arı südü və polen qəbul edə bilərsiniz. Polenə qarşı allergiyanız yoxdursa, onu arı südü ilə bərabər nisbətdə qarışdırıb 1 xörək qaşığı qəbul edə bilərsiniz. Mədə yırtığı olanların uzaq durması lazım olan qidalar arasında pomidor, limon, portağal və qreypfrut xüsusi yer tutur. Bu qidaların turşu dəyəri yüksək olduğuna görə mədə yırtığına zərər verə bilər. Mədə yırtığını minimuma endirmək üçün hər səhər acqarına 1 çay qaşığı qızılgül marmeladı yeyilə bilər.

Hər gün bir stəkan sarı kartof suyu içmək mədə üçün çox faydalıdır.


Sizə mədə yırtığı və ona faydalı olan qidalar barəsində məlumat vermiş olsaq da, öz-özünüzə diaqnoz qoyub müalicə etməyə çalışmayın. Həkim xəstəliyinizi müəyyən etdikdən sonra onun tövsiyəsi ilə sadaladığımız köməkçi müalicə variantlarından istifadə edə bilərsiniz.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.