"Ölməzdən əvvəl nə demək istərdiniz, yaşayanlara hansı məsləhəti verərdiniz?" Bu sual haqqında heç düşünmüsünüzmü? Tarixdə iz qoymuş məşhur şəxslərin ölməzdən əvvəl dediyi sözləri təqdim edirik.

Mövlana: Rəbbimiz məni öz hüzuruna çağırır. Artıq getmək vaxtıdır. Ey Əzrail! Tələs! Məni Rəbbimə qovuşdur!

Fateh Sultan Mehmet: Həkimlər,niyə mənə qıydınız?


Leonardo da Vinçi: İşlərim lazımi keyfiyyətə çatmadığı üçün Tanrını və insanlığı incitdim.

Barbaros Heyrəddin Paşa: Məni dənizin səsini eşidə biləcəyim bir yerdə dəfn edin.


Tomas Mur: Qalxmağa kömək et, onsuz da enərkən tək qalacağam.


Qanuni Sultan Süleyman: Mən öləndə bir əlimi tabutumdan çölə çıxarın. İnsanlar görsün ki, Sultan Süleyman bu dünyadan əliboş getdi.

Ghote: Bir az daha işıq!

Ceyn Ostin: Ölməkdən başqa heç nə istəmirəm.


Oskar Uayld: Ya divar kağızı gedir, ya da mən.

Anton Çexov: Çoxdandır şampan içmirdim.


Mohandas Karamçand Qandi: Aman Allahım!

Uinston Çörçill: Hər şey məni narahat edir.


Benito Mussolini: Məni sinəmdən vurun.

Adolf Hitler: Cəsədimin rusların əlinə keçməsinə imkan verməyin, yoxsa mənə Moskvada heykəl qoyarlar.


Çe Gevara: Bilirəm ki, sən bura məni öldürməyə gəlmisən. Vur məni, qorxaq! Yalnız bir adam öldürmüş olacaqsan.

Müəmmər Qəddafi: Mənə etdikləriniz haramdır, günah edirsiniz, mənim övladlarım, mən sizin atanızam, bu ola bilməz, siz haramın nə olduğunu bilmirsiniz.

Kamal Sunal: Təyyarəyə minməsək olmazmı?


Uitni Hyuston: İsanı görməyə gedirəm. İsanı görmək istəyirəm.

Salvador Dali: Mən öz ölümümə inanmıram.

Volfqanq Amadey Motsart: Ölümün dadı dilimin ucundadır. Bu dünyadan kənar bir şey hiss edirəm.


Yuli Sezar: Sən dəmi, Brut?

Aleksandr Sergeyeviç Puşkin: Həyat bitdi. Bitən həyat, nəfəsim sıxılır, nə isə məni əzir.

Fridrix Engels: Gedirəm!

İsmət İnönü: Bu gecə rahat yatacam.


XIV. Louis: Siz mənim ölümsüz olduğumu düşünürdünüz?

Lüdviq van Bethoven: Komediya bitdi.

Elvis Presli: Ümid edirəm, sizi darıxdırmadım.


Abelard: Bilmirəm.

Sokrat: Kriton, mənim Asklepiyə xoruz borcum var. Borcumu ödəməyi unutma.