Nəsli kəsilmiş heyvanların sayı kifayət qədərdir. Təbii fəlakətlər, iqlim dəyişikliyi və digər səbəblər heyvanların kütləvi surətdə tələf olmasına gətirib çıxara bilər. Dünyanın təbii bir balansı olduğu üçün bəzi canlıların yox olması təbii prosesdir. Ancaq təbii balansın insan faktoruna görə pozulması, canlıların nəslinin tükənməsi də baş verir. Ovlanmaq nəticəsində də bir neçə növ canlının nəsli kəsilib. Nəsli kəsilmiş heyvanlardan bəzilərini sizə təqdim edirik.

1. Dinozavr


Dünyada indiyədək 500-dən artıq heyvan növünün nəsli kəsilib. Onlardan biri də dinozavrdır. Dinozavrlar təxminən 160 milyon il ərzində yaşayıblar. Onların nəslinin kəsilməsinə dair bir çox sübut var.

2. Pireney keçisi



Sonuncu Pireney keçisi 2000-ci ildə İspaniyada öldürülüb. Daha sonra onun klonu yaradılsa da, ağciyərində yaranan problemə görə o da ölüb.

3. Tüklü mamont



Bir zamanların ən nəhəng heyvanlarından biri olub. Donmuş mamonta DNT-ləri mövcuddur, bu isə onların yenidən həyata qaytarıla bilmək şansı deməkdir.

4. Moa


Boyu 3,5 metri keçən quş növüdür. Ovlanmaqla nəsli kəsilib.

5. İrlandiya maralı


Avropa, Asiya və Afrikada yaşamış dünyadakı ən böyük maral növlərindəndir.

6. Dodo


Uçmayan digər bir quş növü də Dododur. Ovlanma nəticəsində nəsli kəsilib.

7. Qara sərçə


Təbii mühitə dəyən ziyan və bəzi çöl dərmanları nəticəsində nəsli kəsilib.