Od çərşənbəsi - Novruz bayramının ikinci çərşənbəsidir. Od çərşənbəsi haqqında şeirlər, od çərşənbəsi təbrikləri bir məqaləyə topladıq

Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar.

Od çәrşәnbәsinin maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasimiqә son qoyulardı.

Od çərşənbəsi haqqında təbrik mesajlarıod çərşənbəsinə aid şəkilləri telefonunuza yükləyərək dostlarınızla, qohumlarınızla paylaşa bilərsiniz. Şübhəsiz ki, çərşənbə axşamı hər kəs öz whatsapp statusuna və instagram səhifəsinə od çərşənbəsinə aid şəkil qoymaq üçün google-də axtarışa çıxacaq. Biz sizə kömək etmək üçün od çərşənbəsinə aid olan şəkilləri bir yerə topladıq.

Od çərşənbəniz mübarək yazılı şəkilləri sevdiklərinizlə bölüşməyi unutmayın.

Ağrım, uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.


Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!

Bayramınız mübarək, ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız mübarək olsun!


Sevgi dolu, nur dolu Novruz bayramınız mübarək! Sənə və ailənə sevən qelbimdən "TƏBRİK" deyirəm, sevgilim. İnshallah tezliklə qovuşub bərabər qarşılayarıq Novruzu, həm de o biri bayramlar, İnshallah .


Bahar bayramınızı təbrik edirəm. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Od çərşənbəniz mübarək olsun!

Odunuz, ocağınız heç bir zaman sönməsin. Çərşənbəniz mübarək olsun!

Tonqalı heç zaman su ilə söndürmək olmaz.

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzu dolu bayram diləyi ilə Çərşənbəniz mübarək olsun!

Baharla birlikdə təbiətdə yaşanan hərəkətlilik, ortaya çıxan rəng şöleni bir bütünü meydana gətirən fərqliliklərin gözlər önünə sərdiyi mənzərylə birlikdə sənin də həyatın rənglənsin Çərşənbəniz mübarək olsun!

Od çərşənbəsinə aid yazılı şəkillər

Od çərşənbəsinə aid şeirlər

Od çərşənbəniz mübarək!


Eviniz nurlu-bərəkətli, Ocağınız daim yanar olsun!

Qarşıdan gələn Novruz bayramı öz bahar nəfəsi ilə qəlbinizə sevinc, ruhunuza əmin-amanlıq gətirsin.

Allah heç bir evi ruzi-bərəkətsiz qoymasın. Amin.

Bayram elçilərindən ikincisi olan Od Çərşənbəsi hər bir evə ruzi-bərəkət gətirsin.

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir.

Atalar sözü: "Od çərşənbəsində ocağı boş qoymazlar"


Atalar sözü: "Ocağı şər vaxtı söndürməzlər"

Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.

Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Allah bütün ailələrə bol ruzi-bərəkət nəsib etsin ki, hər bir evdə qazan qaynasın.

Adət-ənənəyə görə, od çərşənbəsi günü tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.

Od hər bir türkün ağlında, düşüncəsində həmişə müqəddəslik rəmzi kimi yaşayıb.


ilk.az rəhbərliyi olaraq bütün istifadəçilərimizin od çərşənbəsini təbrik edirik. Hər kəsə can sağlığı, xoşbəxt həyat arzu edirik!

Digər oxşar məqalələrimiz: