Bütün dünyada qadınların ortaq arzusu var: gözəlləşmək. Ancaq hər mədəniyyət və ölkədə gözəlləşmək üçün müxtəlif şeylər edilir.

Qadınların gözəl görünmək cəhdləri hər yerə aid olsa da, hər ölkədəki qadınların özlərinə məxsus gözəllik sirləri vardır. Rusiyadan İspaniyaya, Çindən Braziliyaya qədər müxtəlif ölkələrdən olan qadınların gözəlləşmək sirlərini sizə təqdim edirik.

Rusiya - yulaf əzməli üz maskası

Gözəllikləri ilə ad qazanmış Rusiya qadınlarının sirri mövcuddur. İki xörək qaşığı yulaf götürün və yumşalana qədər ilıq suda saxlayın. Təxminən 10 dəqiqə sonra bir xörək qaşığı zeytun yağı və bir çay qaşığı limon suyu əlavə edin. Qarışıq məcun halına gəldikdə üzünüzə sürtün və 10 dəqiqə gözləyin.


Yunanıstan - zeytun yağı

Yunan qadınlar gözəl dəriləri ilə fərqlənir. Bunun sirri zeytun yağıdır. Antioksidant və vitaminlər baxımından zəngin olan zeytun yağı yunan qadınların makiyaj məhsullarından biri hesab olunur.


İspaniya - kartof dilimləri

Gözlərin ətrafındakı qırışları yox etmək üçün kartof dilimlərindən İstifadə edən ispan qadınlar dünyaya gözəllik bəxş edirlər.


Çin - düyü suyu

Düyü suda yalnız qida məmulatı deyil, həmçinin gözəllik təminatçısıdır. Çinli qadınlar düyü suyunun təbii təmizləyici olduğuna inanırlar. Düyü dərinizi qidalandıran və qocalmaya yol açan zərərli sərbəst radikallarla mübarizə aparan antioksidantlarla zəngindir. Ona görə, çinli qadınlar geniş istifadə edir.


Braziliya - yerkökü suyu

Latın qadınların dünyanın ən gözəl qadınları olduğu deyilir. Onların sirri yerkökü suyudur. Təzə sıxılmış yerkökü suyunu içən qadınlar həmçinin onu dərilərinə də sürtürlər.


Bolqarıstan - gül suyu

Bolqarıstanın məşhur Gül Vadisi sayəsində bolqar qadınlar dərilərinin sağlamlığı və gözəlliyini artırmaq üçün gül suyundan faydalanırlar.


Hindistan - zərdəçal

Hindistanda toydan əvvəl "haldi" törəni reallaşır. Bu mərasim zamanı ailələr gəlin və bəyin dərisinə su, zərdəçal və müxtəlif yağlardan ibarət məhlul sürtürlər. Bunun toydan əvvəl cütlüyü rahat etdiyinə inanırlar. Zərdəçalın dəriyə xeyri çoxdur.


Fransa - buz massajı

Buz dəriyə təmas etdikdə qan axınını sürətləndirir. Buna görə, buz ilə edilən massaj qan dövriyyəsini artıraraq dərinin parlaq və qüsursuz görünməsini təmin edir. Fransız qadınları gözəlliklərini buza borcludurlar.


Misir - süd vannası

Kleopatranın süd vannasının müsbət təsirini kəşf edən ilk qadın olduğu deyilir. Misirli qadınlar da keçmiş kraliçalarının bu gözəllik sirrinə sadiqdirlər.