Pandalar öz görünüşü və xüsusiyyətləri ilə insanların rəğbətini qazanırlar. Təbiətdə heç kimə zərər vermədən gəzib-dolaşan pandalarla bağlı maraqlı məlumatları təqdim edirik.

1. Dişi pandalar ildə cəmi 1 yumurta qoya bilirlər.

2. Təbiətdə cəmi 2000 panda qalıb.



3. Dünyada 240 panda xüsusi mühafizə altında qorunur.



4. Yetkin pandaların böyük ölçülərinə görə düşmənləri çox deyil. Ancaq qar bəbirləri müdafiəsiz olan körpə və ya qoca pandaları asanlıqla ovlaya bilər.



5. Pandalar bəzən dik dura bilirlər, lakin onların arxa ayaqları bədənlərinin çəkisini daşımaq üçün kifayət qədər güclü deyil.



6. Təbiətdə yaşayan vəhşi pandaların ömrü təxminən 20 il, qoruma altında olan pandaların ömrü isə 30 ildir.



7. 1960-cı illərdə Çində pandaların öldürülməsi qadağan edilib. 1987-ci ilə qədər pandanın öldürülməsinə görə cəza çox sərt olmasa da, 1987-ci ildə ölüm hökmləri və ömürlük həbs cəzası tətbiq edildi. Hazırda isə 10 ildən 20 ilə qədər həbs cəzası tətbiq edilir.



8. Yeni doğulan pandaların yarıdan çoxu anaları tərəfindən təsadüf nəticəsində əzilərək ölür.



9. Pandalar günün 14-15 saatını bambuk yeməyə sərf edirlər.



10. Pandalar Çində sülhün simvolu olub. Yüz illər əvvəl Çində döyüşən tayfalar müharibəni dayandırmaq və ya barışıq əldə etmək üçün panda təsviri olan bayraqlardan istifadə edirdilər.



11. Yetkin bir panda normal qidalanmaq üçün gündə orta hesabla 36 kilo bambuk yeməlidir.



12. Pandalar analarının nəcisini yeyirlər. Bu vərdiş təkc təkcə pandalarda deyil. Bala fillər və koalalar da analarının nəcisini yeyirlər.



13. Pandalar gündə 40 dəfə nəcis ifraz edə bilirlər.



14. Yetkin bir pandanın çəkisi 90-135 kq arasındadır.



15. Pandaların 2-3 milyon il əvvəl dünyaya gəldiyi güman edilir.