Son günlər sosial şəbəkələrdə olduqca məşhurlaşan bir video var. Bir qrup gənc küçədə rəqs edib sürücüləri darıxmağa qoymayıb.

Gənclər maraqlı flashmob təşkil ediblər. Flashmob milli musiqi sədaları altında piyada keçidində rəqs etməkdən ibarətdir. Rəqs svetaforun qırmızı işığı yanan zaman başlayıb və yaşıl işığın yanmasına az qalmış yekunlaşıb. 

Hüseyn Heydərliyə (@huseyn_dancer) gələcək karyerasında uğurlar arzu edirik.

Sözügedən videonu sizə təqdim edirik: