İtaliyanın ən sevilən memarlıq abidələrindən biri olan Piza qülləsi haqqında maraqlı məlumatları sizə təqdim edirik.

1. Piza qülləsinin tikintisi 200 il çəkib. 1173-cü ildə başlanan tikinti işi iki dəfə müharibə səbəbindən dayandırılıb.


2. Piza qülləsi II Dünya Müharibəsində İtaliyanı işğal edən almanlar tərəfindən “Gözətçi qülləsi” kimi istifadə edilib.


3. Zəng qülləsi kimi tikilmiş Piza qülləsinin zəngləri XX əsrdən bəri çalınmır.


4. Piza qülləsi gücləndirmə və bərpa işləri ilə əlaqədar 1989-2001-ci illər arasında ziyarətçilər üçün bağlanıb.


5. Qüllənin torpaqdan ən aşağı hissəsinin hündürlüyü 55,86 metr, ən hündür hissəsinin hündürlüyü isə 56,7 metrdir.


6. Piza qülləsi 1987-ci ildə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.


7. 1272-ci ildə bürcün üzərinə 4-cü mərtəbənin əlavə edilməsi ilə əyilmə vəziyyəti uğurlu olub.


8. Piza qülləsi təxminən 260 milyon dollara başa gəlib. Piza qülləsi tikildikdən 5 il sonra əyilməyə başlayıb.


9. Qüllənin birinci mərtəbəsinin divarlarının qalınlığı 4 metr, digər mərtəbələrin divarlarının qalınlığı isə 2 metrdir. Bundan əlavə, bu divarların hamısı mərmərlə örtülüb.


10. Mühəndislər 2008-ci ildə Piza qülləsinin əyilməsinin dayandığını bildiriblər.