Son illərdə məşhur olan protez dırnaqlar və qalıcı dırnaq boyası tətbiqləri zərərlidirmi? Bu prosedurların sonunda dırnaq sağlamlığı üçün nələrə diqqət edilməlidir? Podoloq Zehra Albayrak bununla bağlı məlumat verib.

Xüsusilə deformasiyaya uğramış dırnaqlara edilən tətbiqlərin dırnağa daha çox zərər verdiyini söyləyən Zehra Albayrak, “Gel, akril taxma dırnaqlar və qalıcı dırnaq boyalarına bir çox xanımlar üstünlük verir. Çox gözəldir, bizi daima dırnaq boyası çəkmək problemindən xilas edir və dırnaqlarımız həmişə baxımlı görünür. Ancaq dırnaq təəssüf ki, uzun müddət bu şəkildə nəfəs ala bilmir. Xüsusilə qırıq, çatlaq və sağlam olmayan dırnaqlara edilən bu tətbiqlər son dərəcə zərərlidir. Uzun müddət qapalı qalması dırnağın nəfəs almamasına, incəlməsinə, deformasiyaya uğramasına, dırnaq quruluşunun pozulmasına səbəb ola bilər” – deyə bildirib.


Albayrak bu cür tətbiqlərlə bağlı nəzərə alınmalı olan məqamları belə sıralayıb:

Podoloqlar olaraq biz onikoplastika tətbiqimizi qısa müddətli istifadə üçün və canlı toxumalara zərər verməyən tibbi materiallarla müvəqqəti görünüş və dırnaq bütövlüyünü tamamlamaq üçün tətbiq edirik. Burada nəzərə alınması lazım olan məqam verilən müddət ərzində dırnaqlardan təmizlənməsidir. Təmizləmə prosesindən sonra dırnağın üst təbəqəsi yox olacağından, əlavə olaraq baxım yağlarından istifadə etmək lazımdır.


Əgər uzun müddət qalıb və bakteriyalar əmələ gəlibsə, antiseptik və antifunqal məhlullardan istifadə edilməlidir.

Dırnaqların kənarındakı ətlərin bərkiyərək və quruyaraq yenidən çıxmaması üçün qidalandırıcı təbii pilinqlər mütəmadi olaraq aparılmalıdır. Dırnaq kənarları əsla qayçı ilə kəsilməməlidir.