Qadının və ya kişinin daha üstün zəkaya sahib olub-olmadığı həmişə müzakirə olunur. Alimlərin bumövzuda apardıqları araşdırmaların nəticələri açıq şəkildə göstərir. Kim daha ağıllıdır?

Kişilər və qadınlar arasında kim daha ağıllı olması müzakirə və mübahisə predmetidir. Hər kəs bu suala dəqiq cavab axtarır. Alimlər tərəfindən aparılan araşdırmalarda yaşadığımız əsrin kişi və qadınlarının zəka səviyyələri incələnərək bu sulala cavab tapılıb.


Araşdırmalar nəticəsində cari əsrdə qadınların kişilərdən daha ağıllı olduqları məlum olub. Yeni Zelandiya alimləri tərəfindən aparılan araşdırmalar yaşadığımız əsrdə qadınların zehni inkişafda kişilərə üstün gəldiyini sübut edib. Qadınların zehni inkişafında cəmiyyətin inkişafı, qadın hüquqları və haqlarının kişilərlə bərabər səviyyələrə çatması kimi amillərin təsirli olduğu vurğulanıb. Araşdırmaçılar qadınların kişilərlə müqayisədə IQ üstünlüklərini daha da artıracağını bildiriblər.