Əksər insanlar ətirlərin tez uçub getməsindən şikayətlənir. Buna görə adətən ətirlərimizi özümüzlə gəzdiririk. Təqdim etdiyimiz üsullarla gözəl qoxuların qalıcı olmasına nail ola bilərsiniz.

1. İsti və nəm yerlərə ətir qoymayın


Ətirləri isti və rütubətli yerdə saxlamayın. Çünki bu, qoxunun keyfiyyətini azaldır.

2. Quru dərilər üçün losyon



Dəriniz qurudursa, ətir vurmadan əvvəl bədən losyonu istifadə edin. Bədən losyonu sürtməyiniz qoxunun daha qalıcı olmasına imkan yaradacaq. Ətir vurmadan əvvəl nəbz nöqtələrinizə vazelin vurun. Vazelin qoxunu saxlayıcı xüsusiyyəti sayəsində ətirləri qalıcı hala gətirir. Biləklərinizə ətir vurduqdan sonra onları bir-birinə sürtməyin. Belə halda qoxu daha tez uçar.

3. Bədəninizdəki isti yerlər


Ətir vurarkən bədəninizin daha isti yerlərinə üstünlük verin. Boyun, dirsəklər buna aid ola bilər.

4. Nəbz nöqtələrinə vazelin vurmaq


Ətir vurmadan əvvəl nəbz nöqtələrinizə vazelin vurun. Vazelin qoxunu saxlayıcı xüsusiyyəti sayəsində ətirləri qalıcı hala gətirir. Biləklərinizə ətir vurduqdan sonra onları bir-birinə sürtməyin. Belə halda qoxu daha tez uçar.

5. Ətiri birbaşa olaraq saçlarınıza vurmayın


Ətirlərin tərkibində spirt olduğu üçün saçlara zərər verə bilər. Buna görə ətiri darağa vurub saçınızı ətirli daraqla daramağınız daha məqsədəuyğun olar

6. Ətir təmiz bədənə vurulmalıdır


Ətirlə dezodorantın funksiyaları fərqlidir. Dezodorant tərə qarşı istifadə edilir, ətirin qoxusu isə daha qalıcıdır. Ətir vurduqdan sonra həmin nahiyəni ovub qoxunu yaymağa çalışmayın.

7. Dərinizi nəmləndirin


Yaxşı nəmləndirilmiş dəri qoxunu daha yaxşı saxlayır. Ətir vurmadan əvvəl dərinizi yaxşıca nəmləndirin. Qoxunun qalıcılığını artırmaq üçün ətirin bədən kremlərindən də istifadə edə bilərsiniz.

8. Ətiri saç fırçanıza sıxın


Ətirin uzun müddət qalması üçün onu saç fırçasına sıxa bilərsiniz. Saçlar ətirin uçmasına mane olur.

9. Ətirin ağzını açıq qoymayın


Qoxunun qalıcılığı üçün ətir ağzı bağlı şəkildə saxlanılmalıdır. Bu qayda istifadə olunan bütün qoxu məhsulları üçün də keçərlidir.

10. Ətir seçiminə diqqət edin


Ətir seçimi vacib məqamdır. Dərinizə EdT əvəzinə daha tünd tərkibə malik EdP vurun. EdP-in qalıcılığı daha yüksəkdir.

Ətir mövzusunda digər məqalələrimiz: