Qəhvənin insan orqanizminə bir çox faydası var. Bu faydalar arasında ən məşhuru dərini və saçı gözəlləşdirməsidir. Qəhvənin dərimizə ən əsas faydası dərini sıxması, hamar və sallanmayan bir görünüş bəxş etməsidir. Qəhvə ilə gözəlləşmək üçün etməli olduğunuz şeylər aşağıdakılardır.

1. Qəhvə pilinqi ilə ölü dərilərdən xilas olun


Hər bir insan üz gözəlliyinin ən ideal formada qalmasını istəyir. Gözəlləşdirici maskalardan biri də qəhvə maskasıdır. Hər dəri üçün ayrıca qəhvə maskası tələb oluna bilər, lakin bu məqaləmizdə həssaslığı olmayan normal dəri üçün maskalardan bəhs edəcəyik. Dəri problemləriniz ciddi dərəcəyə çatıbsa, bir dermatoloqa müraciət etməyi məsləhət görürük.

Tərkibi:
4 çay qaşığı zeytun yağı,
6 çay qaşığı qəhvə çöküntüsü

Hazırlanması:

Əvvəlcə dərinizi yaxşıca yuyun və sonra qurulayın. Dərinizi təmizlədikdən sonra gözəlləşdirici qəhvə maskası qarışığını istədiyiniz yerə çəkin və 15 dəqiqə gözləyin. Tətbiq zamanı qəhvə çöküntüsünü barmaqlarınızla üzünüzə yumşaq bir şəkildə sürtün və ehmal bir şəkildə ovuşdurun. 15 dəqiqədən sonra dərinizi ilıq su ilə təmizləyə bilərsiniz.

2. Selülitin qəhvə ilə müalicəsi


Qadınların ən böyük problemlərindən biri olan selülit qəhvənin bənzərsiz möcüzəsi sayəsində aradan qaldırıla bilər. Kosmetika mağazalarında pul xərcləmədən qəhvə ilə selülitdən qurtula bilərsiniz.

Tərkibi:

1 fincan qəhvə çöküntüsü
Yarım stəkan su,
Bir neçə damcı çay ağacı yağı

Hazırlanması:

Əlinizdəki bütün materialları qarışdırdıqdan sonra onu selülitli nahiyələrinizə çəkin. Tətbiq zamanı qan dövranını artırmaq üçün kisə kimi bir şey istifadə edə bilərsiniz. 15 dəqiqədən sonra ilıq su ilə təmizləyə bilərsiniz.

3. Göz altındakl ləkələr və şişkinlik


İnsanlar gözəl görünmək üçün iki şeyə çox əhəmiyyət verirlər. Bunlardan biri üzümüz, digəri isə saçımızdır. Üzümüzün gözəl olması üçün gözlərimizin altında ləkələrin və şişkinliyin olmamasına xüsusi önəm veririk. İçdiyimiz qəhvə sayəsində bu problemlərdən xilas olmaq mümkündür.

Tərkibi:

Qəhvə çöküntüsü

Hazırlanması:

Əvvəlcə qəhvə çöküntüsünü ovucunuza götürün və yoğurun. Sonra üzünüzə və göz ətrafınıza çəkin. Üzünüzdə 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

4. Bədəninizi sıxlaşdıran qəhvə maskası


Gözəlləşdirici təsiri olan qəhvə sayəsində bədəninizin sallanan hissələrini sıxlaşdıra bilərsiniz. Bunun üçün əla bir qəhvə maskası istifadə olunur. Bu maska ​​sayəsində bədəndəki məsamələr kiçilir, dəri daralır və hamar olur.

Tərkibi:

qəhvə çöküntüsü
az miqdarda bal

Hazırlanması:

Əvvəlcə balı aşağı istilikdə qızdırın. Sonra qəhvəni bala əlavə edin. Qarışıq çox isti olmamalıdır. 15 dəqiqə üzünüzdə qalması vacibdir. Sonra üzünüzü ilıq su ilə yuyun.

5. Sızanaq və qara nöqtələri aradan qaldıran qəhvə maskası


Əgər sızanaq və qara nöqtələrdən əziyyət çəkirsinizsə, bu, əlbəttə ki, dərinizdəki problemlərdən xəbər verir. Mövsümi dəyişikliklər, yemək və içmə vərdişlərinizdəki dəyişikliklər, psixoloji vəziyyətiniz dərinizə təsir göstərir. Evdə özünüz hazırlaya biləcəyiniz maskalarla bu cür problemləri həll edə bilərsiniz.

Tərkibi:

Qəhvə çöküntüsü

Hazırlanması:

Yatmazdan əvvəl sızanaqlı yerlərə qəhvə çöküntüsü çəkib səhərə qədər qurumasını gözləməklə qısa müddətdə sızanaqlardan xilas ola bilərsiniz. Qara nöqtələrə və məsamələrə də son dərəcə yaxşı təsir edən bu məhlulu bütün gözəl xanımlarımıza tövsiyə edirik.