Bir çox insan göz rənginin tamamilə genetik olduğunu düşünür. Bu, əsasən doğru olsa da, göz rəngini müəyyən edən spesifik genlər haqqında məlumatlar azdır. Qeyri-adi göz rəngləri bu genlərlə əlaqəlidir. Belə gözlərə sahib insanlar dünya əhalisinin 1 %-dən azını təşkil edir. Qeyri-adi göz rəngini təqdim edirik.

1. Ela göz rəngi


Dünya əhalisinin yalnız 5 %-i ela rəngli gözlərə sahibdir. Ela gözlər gözə çox rəngli incə görünüş qazandıran irisin kənar qismində yer alan melanin konsentrasiyasına sahibdir.

2. Kəhrəba göz rəngi


Kəhrəba rəngli gözlər ela rəngli gözlərlə qarışdırılır. Ela gözlərin içində qəhvəyi və yaşıl rəng olur, kəhrəba gözlərdə isə bir tip rəng yer alır. Son dərəcə parlaq və nadir olan bu rənh melanin sayəsində kəhrəba rəngini alır. İnsanlarda bu rəngli gözlərin olma nisbəti 5 % civarındadır.

3. Yaşıl göz rəngi


Az miqdarda melanin və sarı stromaya tərkibli işığın saçması ilə meydana gələn yaşıl gözlər dünya əhalisinin 2 %-də var. Bu göz rəngi yaşılın bir tonunu özündə ehtiva edir.

4. Boz göz rəngi


Boz gözlər xüsusən açıq-mavi tonlara malik gözlərlə qarışdırılır. Stromada yüksək miqdarda olan kollqagen bozu mavi gözlərdən ayıran əsas xüsusiyyətdir. Şimali və Şərqi Avropada rast gəlinən bu rəngdə olan gözlərə dünya əhalisinin 1 %-i malikdir.

5. Qırmızı, çəhrayı və bənövşəyi göz rəngi


Albinizm və irisin içinə qan sızması ilə bağlı olan qırmızı və ya çəhrayı gözlərə dünya əhalisinin 1 %-də rast gəlinir. Bu göz rəngi piqment əskikliyinə bağlı olaraq formalaşır.

6. Heterokromiya və anizokoriya göz rəngi


Heterokromiya və anizokoriya göz rənglərinə malik insanlar dünya əhalisinin təxminən 1 %-ni təşkil edir. Heterokromiya irisdə azalmış piqmentlər nəticəsində məydana gəlir. Anizokoriya isə pupillərin arasındakı ölçü fərqindən qaynaqlanır. Bəzi heyvanlarda görülən bu göz rənginə insanlarda nadir hallarda rast gəlinir.