Hər keçən gün yaşlandığını düşünürsən? Güzgüyə baxanda gözlərinin ətrafında qırışlar görürsən? Dərinizdəki ən kiçik qırış belə enerjinizin az olmasına səbəb olursa; Enerjinizi yüksəltmək və sizə dəstək olmaq üçün buradayıq. Qırışlar üçün 3 təbii maska;

Üzə, boyuna qulluq nə qədər asandırsa, gözlərə və gözətrafına qulluq bir o qədər çətindir. Bunun üçün də göz ətrafında istifadə edəcəyiniz maskalara diqqətlə yanaşmalısınız.

Göz altındakı dəri həssas olduğu üçün maskanı birbaşa dəriyə çəkmirsiz. Kiçik tənzif parçasının arasına yaxıb, sadəcə, qoyursuz. Belə maskanı həftədə 1 dəfə etsəniz kifayətdir. 15 dəqiqə saxlayıb, soyuq su ilə yaxalayırsız.

1. Şişkinlik, qaralma və torba əleyhinə:


Dərinizə qulluq etmək üçün bir çox bitki mənşəli kremlərdən istifadə etmiş ola bilərsiniz. Təbiətin müalicəsinə inanaraq, müxtəlif maskalar və müalicələr sınanmağa davam edir. Bəzən mətbəxinizdəki yeməklər dərinizi təravətləndirən təbii bir məhsul ola bilər. Belə məhsullardan biri də kartofdur. Çiy kartofu sürtgəcdən keçirib, ona 1 çay qaşığı süd və 2 çay qaşığı un qatıb qarışdırırsız.

2. Qırışlar üçün:


Hazırlanması: Badam yağını isti olması üçün qızdırın və içərisinə E vitamini yağı əlavə edin. 50 qr. badam yağına 10 qr. vitamin E qatırsız, döyəcləməklə gözün ətrafına yeridirsiz. Qarışığı isti halda dərinizə sürtün. Bir neçə dəqiqə masaj etdikdən sonra 10 dəqiqə gözləyin və üzünüzü isti su ilə yuyun və qurudun. Bu qarışıq sayəsində qırışlarınızın azaldığını görəcəksiniz.

3. Qaz ayağı göz ətrafı üçün:


1 xörək qaşığı balı 1 xörək qaşığı ələnmiş un və 1 yumurtanın ağı ilə qarışdırırsız.

Ehtiyatlı ol: maskalar (yağ əlavə olunmuşlardan başqa) tənzifin arasında ehmalca gözün altına qoyulmalıdır. Maskadan sonra gözü dartmaq, sürtmək, su ilə bərk ovxalayıb yumaq olmaz.

axsam.az

Xanımlar üçün digər məqalələrimiz: