Mövsümün makiyaj trendləri öz əlamətdar detalları ilə fərqlənir. Dəbdə olan 8 makiyaj trendini təqdim edirik.

1. Gel dəri


Dərinizə qulluq rutininiz makiyaj ritualınıza mane olur. Parlaq və hamar gel dərisi mövsümün olmazsa olmazlarındandır. Bu görünüş üçün dəri tipinizə uyğun təsirli qulluq rutini ilə yanaşı, hamarlaşdırıcı məhsullardan, rəngləndirici tonal kremlərdən istifadə edə bilərsiniz.

2. Kölgəli dodaqlar


90-cı illərin kəskin xətt ilə çərçivələnmiş kontrast dodaq formaları yerini daha xəfif görünüşə buraxır. Dəri tonunuza yaxın kölgə rəngli dodaq qələmi dodaqlarınızı daha dolğun göstərmək və qüsursuz dodaq boyası tətbiqi üçün idealdır.

3. Maksimalist baxışlar


Rəngarəng göz kölgələri, qrafik linzalar və yüksək dozalı parıltı tətbiqləri makiyaj trendlərindəki yerini qorumağa davam edir. Eksperimental tətbiqlərə açıq olun və yaradıcı gücünüzü üzə çıxarın.

4. Təzə ənlik


Yanaqlara və buruna tətbiq olunan ənlik, populyarlığını itirmədən soyuq qış aylarının sevimli trendlərindən biri olmağa davam edir. Ən təbii nəticələr üçün krem, maye və köpük formulalarını seçə bilərsiniz.

5. Mavi qırmızı


Soyuq qış günlərində makiyaj çantanızın sevimlisi mavi alt tonlu dodaq boyaları olacaq. Onu da qeyd edək ki, bu diqqətçəkən rəng dişlərin daha ağ görünməsinə kömək edir.

6. Mikro göz layneri


Fərqli və diqqət çəkən göz layneri tətbiqləri son bir neçə mövsümün sevimlisi olsa da, mövsümün gözəllik trendləri sadə görünüşləri sevənlər üçün də seçimlər təqdim edir. Qeyri-müəyyən, incə bir xəttə sahib olan və özünü çoc göstərmədən göz quruluşunu formalaşdıran mikro göz layneri yeni favoritiniz ola bilər.

7. Minimalist


Məxməri toxunuşlu, təravətli dəri, təzə ənlik və nude dodaqlarla ortaya çıxan minimal makyaj tələsdiyiniz günlərdə sizin sevimlinizə çevrilə bilər. Kirpikləri bir-bir ayıran qəhvəri tuşla da bu makiyajı dəstəkləyə bilərsiniz.

8. Balzam sevgisinə


Balzamların qulluq xüsusiyyətlərini dodaq boyalarının piqmentasiyası ilə birləşdirən şəffaf formulalı dodaq boyaları makiyajda təbii nəticə verir, eyni zamanda dodaqlarınızı soyuq iqlimin şərtlərindən qoruyur, evdən çıxarkən çantanıza sevdiyiniz rəngi qoymağı unutmayın.