Geyimlərimizin, aksesuarlarımızın, ayaqqabılarımızın rənglərinin gücündən ilham alırıqsa, saçlarımız niyə ikinci planda qalsın? Yəqin ki, "niyə saçlarımda dəyişiklik etmirəm" deyə düşünmüsünüz.

Yeni yaranan dəb müxtəlif rəng tonlarında olan saçlardır. Uzun müddətdir dəb nümunəsinə çevrilməkdə olan çəhrayı, mavi və yaşıl rənglərin harmoniyası olan saçlar sizi daha gözəl göstərəcək. Klassik rənglərdən sıxılanlar üçün marjinal bir görüntü yaradan saçlar bu yayın trendi hesab olunur.

Rihanna, Rita Ora, Elizabeth OlsenLady Gaga kimi məşhurların başlatdığı rəngli saç trendi günümüzdə xüsusən məşhurlaşıb. Saçlarını tamamilə dəyişdirməyə cürət etməyənlər sevdikləri rəngləri saçlarının fərqli hissələrində sınaqdan keçirə bilərlər. Asanlıqla yuyula bilən boyalardan istifadə etməklə bir neçə saatlıq olsa da radikal dəyişikliyə nail ola bilərsiniz. Rəngli saç modellərini sınaqdan keçirməyinizi tövsiyə edirik.

Rəngli saç modelləri nümunələri: