Hamının heyran qaldığı məşhur müğənni Rihanna öz stili ilə də diqqət çəkir. Onun makiyaj tərzini araşdırmışıq.

Qəhvə rəngi tonlarında makiyajı və nude dodaq rəngi təsirli bir görüntü yaradır.

Rihanna makiyaj üslubu;

Göz qapaqlarına bej və qızılı rəngli kölgə tətbiq edirik. Qaş altı və göz dairəsi aydınlanır. Göz qapağına qəhvə tonlarında kölgə verin. Kirpik diblərinə gavalı rəngli kölgə verin. Gözün xarici hissəsinə bir neçə kirpik taxın. Gözün üstünə kirəmit rəngli kölgə tətbiq edin. Gözün daxili hissəsinə qəhvəyi qələm çəkin. Son olaraq tuşdn istifadə edin. Qaşlarınızı aydınlaşdırın. Sonra dəri makiyajınızı edin. Yanaqlarınıza tunc bənövşəyi ənlik sürtün. Dodaqlarınıza nude tonlarında pomada çəkin.

Rihannanın ən çox üstünlük verdiyi 5 makiyaj

İstedadı, gözəlliyi və özünə xas stili ilə gündəmdə qalan Rihannanın makiyaj tərzi haqda dedikləri diqqət çəkir. Onun 5 fikrini təqdim edirik:

1. Highlighter istifadə edin


Highlighter (işıqlandırıcı) barədə qorxmamağı məsləhət görən ulduz fərqli rəngləri qarışdırmağı sevir. Parıltının yerini yalnız yanağın almacıq sümükləri ilə məhdudlaşdırmayan Rihannanın ən sevimli tətbiq nöqtələri burun körpüləri və qaş sümüyüdür.

2. Makiyaj edərkən ən yaxşı müəllim özünüzsünüz


Daimi makiyaj tələb edən bir işdə çalışdığı üçün vizajistlərdən bir çox üsul öyrənən Rihanna, makiyajda ən yaxşı müəllimin özünüz olduğunu söyləyir. Hər kəsin üz forması və fərdi üstünlükləri fərqli olduğundan, sizə ən uyğun makiyajı özünüz seçməlisiniz. Qaşları aydınlaşdırma və burun konturları mövzusunda diqqətli olduğunu söyləyən Rihanna makiyajını özü edir.

3. Əvvəlcə üzünüzə forma verin


İstər 10 dəqiqəlik sürətli makiyaj, istərsə də saatlarla davam edən gecə makiyajı, Rihannanın makiyajda üstünlük verdiyi üslubu süngərlə üzünə tətbiq etmək gərəkdir. Üzünü düzəltdikdən sonra qapadıcı və məhsullardan istifadə edir.

4. Bronzer istifadə edin


Konturlarını krem məhsulları ilə tətbiq edən Rihanna məhsulları düzəltmək üçün bronzer istifadə edir. Bu şəkildə həm dərini istiləşdirən, həm üz stukturunu şəkilləndirən, həm də konturlarının gün boyu qalıcı olmasını təmin edən Rihannanın bronzer istifadəsi bununla məhdudlaşmır. Göz makiyajında da ilk addımı bronzer olan Rihanna crease bölgəsinə bu məhsulu tətbiq edərək keçid rəngi yaradır və baxışlarını şəkilləndirərək aydınladır.

5. Krem məhsullarını əllərinizdə isidərək tətbiq edin.


Dəri makiyajını krem məhsulları ilə tətbiq etməyi sevən Rihannanın həssas bölgələr üçün bir təklifi var: məhsulu isitmək. Göz altı kimi həssas bölgələrdə stick məhsul istifadə etdikdə əvvəlcə əlinə sürtərək isidir. Bu şəkildə həm tətbiq etmək asandır, həm də göz altını yormur, zərər vermir.