Günümüzdə həm saqqal, həm də bığ uzatmaq geniş yayılıb. Çox sayda kişi saqqallarını sürətli böyütmək üçün bir çox üsul tətbiq edir. Saqqal uzatmaq üçün ən sürətli təbii üsullar hansılardır? Onları sizə təqdim edirik.

1. Hər gün dərinizi yuyun


Saqqalın böyüməsi üçün dərinin məsamələri həmişə açıq olmalıdır. Kir və s. səbəblərə görə bağlanan məsamələri təmizləmək, üz tüklərinin daha sürətli böyüməsinə və qalın çıxmasına imkan yaradar. Xüsusilə hər səhər ilıq su ilə üzü yumaq, məsamələri təmizləmək gərəkdir.

2. Dərinizə qulluq edin


Əsas şərtlər üzü qıcıqlandırmamaq, məsamələri açmaq və dərini təravətləndirməkdir. Yumşaq, baxımlı və təmiz bir üzdə tüklər daha çox hava alacaq və tez uzanacaq. Saqqalınızı bu şəkildə daha sürətlə uzada bilərsiniz.

3. Sağlam qidalanma və B vitamini


Sağlam qidalanma bütün sağlamlıq funksiyaları üçün vacibdir. Xüsusilə B1, B6 və B12 vitaminləri saqqal tüklərinin sürətli böyüməsi üçün faydalıdır.

4. Stressdən uzaq olun


Hamımız çox yaxşı bilirik ki, gündəlik həyatda, xüsusilə də kişilərdə yaşanan stres saç və saqqalın tökülməsinə səbəb olur. səbəbindən həm mövcud saqqallar ölür, həm də yeni saqqalların sağlam inkişafının qarşısı alınır.

5. Üzünüzü nəmli saxlayın


Yuxarıda qeyd edildiyi kimi, sağlam və sürətli saqqal böyüməsi üçün ən təsirli üsul sağlam bir üzə sahib olmaqdır. Əsas üsullardan biri də üzümüzü davamlı nəmləndirməkdir.

6. Üzünüzdə tük dönməsi olub-olmadığını yoxlayın



Üzdəki saqqalın daha sürətli böyüməsi üçün tük dönməsi olmamalıdır. Əks təqdirdə, saqqal gec, qeyri- sağlam şəkildə uzanar.

7. Mütəmadi olaraq idman edin


Bədəndəki sürətli qan axını saqqalın daha tez uzanmasını təmin edir. Qan dövranı sayəsində tük kökləri bədəndə daha çox qidalanır və tüklərin daha sürətli böyüməsi təmin olunur.

8. Normal yuxu rejiminə fikir verin


İnsan bədəninin dincəlməsi vacib məsələdir. Bu, üzə də aiddir. Yaxşı istirahət edən üz zədələnmiş hüceyrələri oyadacaq və sürətlə saqqal uzanmasına təşviq edəcək.

Saqqalı uzatmaq üçün təbii üsullar da mövcuddur. Həmin üsullar aşağıdakılardır.

1. Badam yağı


Saqqalın tez böyüməsi və sağlamlığı üçün badam yağı vacibdir. Bu şəkildə həm saqqalınız canlanacaq, həm də parlayacaq.

2. Zeytun yağı


Zeytun yağı dərini nəmləndirmək üçün çox təsirli olan təbii məhsullardan biridir. Qapalı məsamələrin açılmasını təmin edən zeytun yağı sayəsində saqqal tüklərinin böyüməsi sürətlənir.

3. Rozmarin və hind qozu yağı


Rozmarin və hind qozu yağının qarışığından əldə olunan vasitə saqqalın uzanmasını təmin edir. Bu qarışığı əldə etmək üçün 1 çay qaşığı rozmarin yağını 10 çay qaşığı hind qozu yağı ilə qarışdırın. Sonraçənə nahiyənizə sürtün.

4. Sarımsaq


Saqqalı uzatmaq üçün sarımsaqdan da istifadə olunur. Üzünüzü ilıq su ilə yuyun, sonra əzilmiş sarımsağı üzünüzə çəkin. Tüklər daha tez və sağlam uzanacaq.

5. Üzü ülgüclə qırxmaq


Üzü ülgüclə qırxmaq tüklərin qalınlaşmasına səbəb ola bilər. Həmçinin yeni tük kökləri çıxar və saqqal tez uzanar.

6. Darçın və limon suyu qarışığı


Darçın və limon suyu sayəsində saqqalınız daha tez uzana bilər. Bir çay qaşığı darçını əridin və 2 çay qaşığı limon suyu ilə qarışdırın. Qarışığı çənə nahiyənizə çəkin və 20 dəqiqə gözləyin.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.